Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 37 mini keçib. Rəsmi məlumatlara görə, Türkiyə tərəfdə azı 31.974, Suriya tərəfdə isə 5814 nəfər həlak olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Türkiyənin on vilayətinin zərər çəkdiyi cənub-şərq hissəsindən 195.962 nəfər təxliyə edilib. 81 min yaralı xəstəxanalara çatdırılıb. Xilasedicilər 8000-dən çox insanı dağıntılar altından çıxara biliblər.
“Millətimiz üçün gecə-gündüz yardım toplayan, axtarış-xilasetmə işlərində komandaları ilə bizə kömək edən, dualarında bizi unutmayan bütün dostlarımıza, qardaş ölkələrə təşəkkür edirəm. Təkcə tarixinin deyil, bəşəriyyət tarixinin ən böyük təbii fəlakətlərindən biri ilə üzləşən Türkiyə bu ağır günlərdə göstərdiyiniz dostluğu heç vaxt unutmayacaq”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə hakimiyyəti minlərlə binanın dağıdılması ilə bağlı tikinti şirkətlərinin rəhbərlərini, mühəndisləri və memarları həbs etməyə başlayıb. Vitse-prezident Fuat Oktayın sözlərinə görə, 131 şübhəli identifikasiya edilib.
“Onlardan 113-ü barəsində həbs qətimkan tədbiri seçilib. Biz məhkəmə prosesi başa çatana qədər bunu yaxından izləyəcəyik, xüsusən də ciddi ziyan dəymiş və ölümə səbəbiyyət verən binalarla bağlı”,- bildirib vitse-prezident.
KİV-in məlumatına görə, indiyədək 12 nəfər həbs edilib. Onların arasında Qaziantep, Adana, Adıyaman və Hatay vilayətlərində çoxmərtəbəli binaları uçan tanınmış inşaatçılar da var. “Times”ın məlumatına görə, İstanbul hava limanında iki kontraktçı Gürcüstana yola düşərkən həbs edilib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe fevralın 6-da baş verən zəlzələləri son 100 ildə regionda “ən pis təbii fəlakət” adlandırıb.
BMT-nin qiymətləndirməsinə görə, zəlzələ nəticəsində ölənlərin son sayı iki dəfə artacaq. Təşkilat 800.000-dən çox insanın lazımi qidalanmadan məhrum olduğunu qeyd edir. Həm Türkiyədə, həm də Suriyada ərzaq ehtiyatları tükənir. Bu həftə hər iki ölkədə aşağı hava temperaturu gözlənilir ki, bu da həm xilasedicilər, həm də zəlzələ nəticəsində evsiz qalan insanlar üçün əlavə çətinliklər yaradacaq.
Türkiyənin cənub-şərqində, Kahramanmaraş vilayətində fevralın 6-da səhər saat 4:17-də 7,7 bal gücündə ilk zəlzələ baş verib. Bu zəlzələdən sonra həmin gün 7,6 bal gücündə ikinci zəlzələ baş verib. Regionda ümumilikdə 2724 afterşok qeydə alınıb.