Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8700-ü keçib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin üçüncü günündə həlak olanların sayı 8700-ü ötüb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin fevralın 8-də açıqladığı göstəricilərə görə, Türkiyədə ən azı 6234 nəfər ölüb, 37011 nəfər yaralanıb. Medianın məlumatına görə, Suriyada 2470 nəfər ölüb, 4654 nəfər yaralanıb. Hazırda hər iki ölkədə 7926 nəfər itkin düşmüş hesab olunur.

Türkiyənin Vitse-Prezidenti Fuat Oktayın sözlərinə görə, xilasedicilər 8 mindən çox insanı dağıntılar altından çıxara biliblər. 380 minə yaxın vətəndaş evsiz qalıb. Onların bir qismi hökumətin verdiyi sığınacaqlara və otellərə aparılıb, digərləri isə ticarət mərkəzlərinə, stadionlara, məscidlərə, icma mərkəzlərinə və qatarlara sığınıb.

Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatına görə, binaların uçması ilə bağlı 11.342 məlumat daxil olub, onlardan 5775-i artıq təsdiqlənib.

Fevralın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis və Malatya vilayətlərində üç aylıq fövqəladə vəziyyət elan edib.

Son üç gündə Türkiyənin Seysmik Monitorinq Mərkəzi Türkiyə ərazisində 310-dan çox zəlzələ qeydə alıb. İlk və ən güclü zəlzələ fevralın 6-da, səhər saat 4:17-də baş verib. Zəlzələnin böyüklüyü 7,7, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 7,8 bal olub. 7,6 bal gücündə zəlzələ fevralın 6-da saat 13:24-də də baş verib.

Türkiyədə davam edən xilasetmə əməliyyatlarında 79.110 türk və xarici xilasedicilər iştirak edir. Zəlzələnin üçüncü günündə dağıntılar arasında sağ qalanların tapılması ehtimalı getdikcə azalır.

Zəlzələ nəticəsində iki Gürcüstan vətəndaşı həlak olub, altı nəfər isə itkin düşmüş hesab olunur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur