“TV Pirveli” teleşirkətinin məlumatına görə, Ozurqetinin Baxvi kəndində jurnalist Nato Qoqeliya fiziki təzyiqə məruz qalıb. Jurnalist martın 14-də Tbilisidə parlament binası qarşısında Avropa İttifaqının bayrağını sökərək yandırmaq üçün komanda yoldaşlarına verən Mamuka Andğuladze ilə müsahibəni lentə almağa gedibmiş.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Jurnalistlər peyda olandan sonra Andğuladze jurnalistin çəkiliş apardığı mobil telefonunu sındıraraq Nato Qoqeliyanı fiziki baxımdan təhqir edib. Bu, Daxili İşlər Nazirliyinin indiyədək müəyyən edə bilmədiyi və ya müəyyən etmədiyi şəxsdir”, - “ TV Pirveli”-nin bəyanatında bildirilir.
Xüsusi İstintaq Xidməti jurnalist Nato Qoqeliayanın peşə fəaliyyətinə qanunsuz mane olmaq faktı ilə bağlı Cinayət Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsi ilə araşdırmalara başlayıb. Cinayət cərimə və ya yüz iyirmi saatdan 140 saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.
Qoqeliyaya hücumdan əvvəl Mamuka Andğuladze Quriya qubernatoru administrasiyası qarşısında ucaldılmış Avropa İttifaqının bayrağını sökməyə cəhd etsə də, təhlükəsizlik polisi buna imkan verməyib.
Martın 14-də “Alt-İnfo/Mühafizəkarlar Hərəkatı”nın üzvləri və tərəfdarları parlament binası önündə aksiya keçirərək, növbəti dəfə Aİ bayrağını sökərək yandırıblar. Rusiyayönümlü partiyanın liderlərindən biri Şota Martinenkonun dediyi kimi, onların tələbləri hökumətin 2021-ci il iyulun 5-də baş vermiş zorakılıq hadisələri ilə bağlı həbs edilmiş mübarizə yoldaşlarını həbsdən azad etmələri, 7-8 mart etirazları zamanı “çevrilişi təşkil edənlərin” hamısının cəzalandırılması və “xarici agentlər” qanunun qəbulu ilə bağlı referendumun keçirilməsidir. Martinenkonun sözlərinə görə, onlar bu tələbləri “sona qədər aparacaqlar”.
Daxili İşlər Nazirliyi Aİ bayrağının təhqir olunması ilə bağlı inzibati icraata başlayıb, lakin polis indiyədək heç kimi cərimələməyib.
Baxmayaraq ki, canlı yayımda, onlarla kamera qarşısında Avropa İttifaqının bayrağı sökülüb və yandırılıb. Tbilisi Patrul Polis İdarəsinin rəis müavini Qoqa Memanişvili bildirir ki, polis qanunu pozan şəxslərin hamısını müəyyən edə bilməyib.
Aİ bayrağının yandırılmasına “Alt-İnfo”nun lideri Zura Maxaradze rəhbərlik edirdi. O, aksiyada Daxili İşlər Nazirliyinə müraciət edib ki, “cəriməni ödəmək üçün qəbz göndərisinlər”.