Tamaz Qaiaşvili bildirir ki, onun və ya “Georgian Airways”in Ukrayna tərəfindən sanksiya tətbiq edilənlər siyahısına salınması absurd və ədalətsizlikdir. O ümid edir ki, Gürcüstan hökuməti prezident Volodimer Zelenskinin bu qərarına sanksiyalarla cavab verəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“2003-cü ildən “Georgian Airways”in nə təsisçisi, nə də baş direktoru deyiləm, yalnız uçuş xidmətinin rəisi vəzifəsini tutmuşam.
Bu qərar siyasi məzmun daşıyır. Türkiyə, ərəb dövlətləri, İsrail, Ermənistan, Azərbaycan, bütün Asiya və Orta Asiyanın aviaşirkətləri Rusiyaya uçur, yüzlərlə reyslər həyata keçirir, lakin onlara sanksiya tətbiq etməyə cürət edə bilmirlər. Nə mənim, nə də “Georgian Airways”in siyasətlə əlaqəsi yoxdur.
Biz 30 ildir ki, gürcü xalqına və Gürcüstan hökumətinə xidmət edirik və ümid yeri qoyuruq ki, Ukrayna prezidentinin bu ədalətsiz və əsassız qərarından sonra Gürcüstan hökumətinin sürətli və güzgüvari cavabı olacaq”, - Qaiaşvili bildirib.
Yayılan bəyanatda o qeyd edir ki, bu və ya digər ölkələrə uçuşların başlanması və ya dayandırılmasına icazənin verilməsi aviaşirkətin səlahiyyətinə daxil deyil, bu, iki ölkə arasında hava hərəkəti haqqında hökumət sazişi ilə tənzimlənir və “Georgian Airways” Gürcüstan hökumətinin qəbul etdiyi qərarlara əməl etməyə borcludur.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sanksiya tətbiq edilən şəxslərin siyahısını genişləndirmək barədə qərarı, iyulun 1-də qəbul edib və prezident Volodimir Zelenskini sərəncamı ilə bunu təsdiqləyib. Rusiya ilə əlaqələrə və Ukraynaya qarşı müharibəyə görə ümumilikdə 190 fiziki şəxs və 290 şirkətə, o cümlədən tamaz Qaiaşviliyə və “Georgian Airways”ə sanksiya tətbiq olunub.
Sanksiya tətbiq olunanadək Tamaz Qaiaşvili və “Georgian Airways” də sanksiya riski ilə üzləşənlər arasında olub. Onlarla bağlı məlumatlar Ukrayna Xarici İşlər Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin dəstəyi ilə yaradılmış “Müharibə və Sanksiyalar” portalında dərc edilib:
- Tamaz Qaiaşvili - “Georgian Airways” aviakompaniyasının direktoru, “Pilot” MMC-nin sahibi və Ermənistan Hava Yollarının (Air Dilijans) təsisçisi. “Air Dilijans” Rusiyaya uçuşları dayandırmayıb və “Georgian Airways”ə xidmət göstərib. 2019-cu ildən Tamaz Qaiaşvili Rusiya ilə Gürcüstan arasında hava əlaqəsinin bərpası ideyasını fəal şəkildə dəstəkləyib. O, Bidzina İvanişvilinin adamı kimi mövqeləndirilib.
- “Georgian Airways” aviaşirkəti - Gürcüstanın flaqman aviadaşıyıcısıdır. O, paytaxt Tbilisinin hava limanında yerləşir. Özəl aviaşirkə,t Gürcüstandan, əsasən Avropa və Yaxın Şərqdəki hava limanlarına uçuşlar həyata keçirir. 1994-cü ilin sentyabrında “Airzena” adı ilə yaradılmışdır. “Georgian Airways” tamamilə özəl şirkətdir, onun səhmlərinin 80%-i Davit Qaiaşviliyə məxsusdur. Onun orta məsafəli “Boeing 737” və “CRJ” təyyarələrindən ibarət müasir parkı var. Aviaşirkətin əsas bazası Tbilisi Beynəlxalq Hava Limanı, direktoru isə Tamaz Qaiaşvilidir.
Portalda oxuyuruq ki, aviaşirkətin “nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə aktivləşdirməyə və sadələşdirməyə yönəlmiş fəaliyyəti, o cümlədən Gürcüstandakı rus biznes nümayəndələrinin sanksiyalardan yayınmasının yeni sxeminin yaranması riskini doğurur və rus biznesinin Gürcüstan iqtisadiyyatına inteqrasiyasını artırır. 20 may 2023-cü il tarixində “Georgian Airways” Tbilisi-Moskva istiqamətində birbaşa uçuşlar həyata keçirmək üçün icazə alıb və uçuşlar; həyata keçirməyə başlayıb. Bu qərara görə, Gürcüstan prezidenti Salome Zurabişvili onu boykot edib, o hesab edir ki, şirkət varlanmaq üçün yaranmş vəziyyətdən istifadə edir. Cavabında, Tamaz Qaiaşvili Zurabişvilini “persona non qrata” elan edib və gürcü xalqından üzr istəməyincə onu təyyarəyə göyərtəsinə buraxmayacağını bildirib.