Ümumi səhiyyə proqramı çərçivəsində xəstənin tibbi xidmətlərinə görə birgə ödəniş payının yuxarı həddi müəyyən edilir. Hökumətin bu gün keçirilən iclasında 36 saylı qərarda nəzərdə tutulan dəyişiklik müzakirəyə çıxarılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Pensiya yaşına çatmış şəxslər üçün əlavə ödənişin payı 10%, lakin 500 laridən çox olmamaq şərti ilə; 0-5 yaşlı uşaqlar, fiziki məhdudiyyətli uşaqlar, ağır fiziki məhdudiyyətli şəxslər və tələbələr üçün - 20%, 1000 laridən çox olmaması şərti ilə; Təməl paket istifadəçiləri üçün - 30%, 1500 laridən çox olmaması şərti ilə.
“Köhnə fərmanda xəstələrdən yalnız faizlə birgə ödənişlərin müəyyən edildiyi qeydi var idi. Məsələn, sosial cəhətdən həssas qruplara gəldikdə, bu, 0% təşkil edir və dövlət tibbi müdaxilələri tam şəkildə maliyyələşdirir. Pensiyaçılar üçün 10%, uşaqlar üçün 20%, illik gəliri 40.000 lariyə qədər olan vətəndaşlar üçün 30% təşkil edir. Biz maksimum həddi müəyyən etdik, yəni sosial cəhətdən həssas şəxslər üçün əlavə ödəniş, təbii ki, 0% qaldı. Pensiyaçının əlavə ödənişdə payı 10% təşkil edəcək, lakin hər hansı tibbi müdaxilə zamanı 500 laridən çox olmamasə şərti ilə; 18 yaşınadək uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün 20% və 1000 laridən çox olmamaq şərti ilə, aylıq gəliri 3500 laridən az olan geridə qalanlar isə 30% və 1500 laridən çox olmamaq şərti ilə.
Tibbi müdaxilə nə qədər baha olsa belə, xəstə maksimum bizim müəyyən etdiyimiz maksimum məbləği ödəməli olacaq”, - deyə səhiyyə naziri Zurab Azaraşvili bildirib.
Hökumət fərmandaki dəyişikliklərin xəstələrin maraqlarını nəzərə alaraq və əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının daha da artırmaq məqsədi ilə edildiyini izah edir.