Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai səhiyyə sahəsində “COVID-19” pandemiyası ilə əlaqədar qlobal fövqəladə vəziyyətinin sona çatdığını elan edib. Bununla belə, təşkilatın baş direktoru Tedros Adanom Qebreisus koronavirusun qlobal təhlükə olaraq qaldığını qeyd edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qebreisusun sözlərinə görə, “COVID-19” sadəcə bir sağlamlıq böhranından daha çox şey idi - bu, ciddi iqtisadi sarsıntıya səbəb oldu, ticarət və səyahətləri pozdu, müəssisələri məhv etdi və milyonlarla insanı yoxsullaşdırdı.
“1221 gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Çinin Uhan şəhərində səbəbi bilinməyən pnevmoniya klasterindən xəbərdar oldu. 30 yanvar 2020-ci il tarixində ən yüksək xəbərdarlıq səviyyəsi olan “COVID-19”-un qlobal yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan etdim. O zaman Çindən kənarda 100-dən az yoluxma halı baş vermişdi və ölüm halları yox idi. Üç il ərzində “COVID-19” dünyanı alt-üst etdi.
Ümumdünya Səhiyyə Təşkilatı 7 milyon insanın vəfatı barədə xəbərdardır, lakin biz bilirik ki, ölənlərin sayı bir neçə dəfə çoxdur və ən azı 20 milyon təşkil edir”, - Qebreisus bildirib.
“ÜST” direktorunun sözlərinə görə, ötən həftə koronavirus səbəbindən hər üç dəqiqədə bir nəfər həyatını itirirdi, dünyada minlərlə insan hələ də həyatları üçün mübarizə aparır və milyonlarla insan “COVID” sonrası fəsadlar ilə yaşamağa davam edir:
“COVID hələ də buradadır, hələ də öldürür və dəyişiklik keçirir. Yeni variantların ortaya çıxması riski var. Hər hansı bir ölkənin edə biləcəyi ən pis şey bugünkü xəbərlərdən diqqəti zəiflətmək, mövcud sistemləri sıradan çıxarmaq və ya öz xalqına “COVID-19” ilə bağlı narahat olmağa heç bir şeyin olmadığı mesajını ötürmək üçün səbəb kimi istifadə etməkdir”.
Rəsmi məlumatlara görə, pandemiya başladıqdan sonra Gürcüstanda 1 792 109 koronavirusa yoluxma halı qeydə alınıb və ölənlərin ümumi sayı 17 000 nəfərə çatıb.