Bu gün, aprelin 25-də Brüsseldə “Gürcü Arzusu”nun rus qanununu yenidən təqdim etməsindən sonra Avropa parlamentinin deputatları tərəfindən hazırlanmış qətnamə layihəsi səsverməyə çıxarılacaq. Qərar layihəsinə və əlavə edilən dəyişikliklərə əsasən “agentlər haqqında qanun” ölkənin hüquqi nizamının bir hissəsi olduğu müddətcə Gürcüstanla üzvlük danışıqları açılmamalı və Avropa Komissiyası bu qanunun Gürcüstanın viza liberallaşdırma meyarlarını yerinə yetirməsinə təsirini dərhal qiymətləndirməlidir. Qətnaməyə edilən düzəlişlərdən birində Bidzina İvanişviliyə qarşı sanksiya tələbi təkrarlanır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa Parlamenti qətnamə layihəsi ilə:
- Vətəndaş cəmiyyətinə və müstəqil mediaya zərərli məhdudiyyətlər qoyacaq və bununla da onların sərbəst fəaliyyət imkanlarına xələl gətirəcək mübahisəli Xarici Təsirlərin Şəffaflığı Qanun layihəsinin yenidən gündəmə gətirilməsini qətiyyətlə pisləyir;
- Qanun layihəsinin Avropa İttifaqının dəyərlərinə və demokratik prinsiplərinə uyğun olmadığını, Gürcüstanın Avropa İttifaqına daxil olmaq ambisiyalarına zidd olduğunu, Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirdiyini və ölkənin Avroatlantik inteqrasiyasını təhdid etdiyini vurğulayır;
- Vurğulayır ki, bu qanun Gürcüstanın hüquqi nizamının bir hissəsi olduğu müddətcə Aİ-yə üzvlük danışıqları açılmamalıdır;
- Gürcüstan parlamentini qanunun qəbuluna gətirib çıxaracaq parlament müzakirəsini dayandırmağa çağırır və Gürcüstan hökumətini 2023-cü ilin martında qanun layihəsini qeyd-şərtsiz geri götürəcəyini və təqdim etməyəcəyini elan edərkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır;
- Qanun layihəsinin gürcü xalqının böyük əksəriyyətinin demokratik cəmiyyətdə yaşamaq, demokratik və qanunun aliliyi islahatlarını davam etdirmək, Avro-Atlantik tərəfdaşlarla sıx əməkdaşlıq etmək və Avropa İttifaqına daxil olmaq istiqamətində irəliləmək istəklərinə xəyanət etdiyini vurğulayır;
- İfadə və toplaşmaq azadlığı və dinc etiraz hüququnun əsas azadlıqlar olduğunu və bütün şəraitdə, xüsusən də Avropa Birliyinə üzv olmaq istəyən bir ölkədə qorunmalı olduğunu vurğulayır;
- Gürcüstan hökumətini Gürcüstan vətəndaşlarının konstitusiya hüquqlarına hörmət etməyə çağırır və buna görə də mübahisəli qanun layihəsinə qarşı çıxan nümayişçiləri dağıtmaq üçün xüsusi təyinatlılar tərəfindən qeyri-mütənasib güc tətbiq edilməsi barədə məlumatlardan narahatlığını ifadə edir; Gürcüstan hakimiyyətini qanunsuz və qeyri-proporsional güc tətbiqinə görə təqsirli olanları araşdırmağa və məsuliyyətə cəlb etməyə çağırır;
- Vurğulayır ki, vətəndaş cəmiyyəti və müstəqil medianın oynadığı ictimai nəzarətçi rolu demokratik cəmiyyət üçün vacibdir və Aİ-yə üzvlük islahatlarının tərəqqisi üçün mühüm əhəmiyyət kəsb edir. Müvafiq olaraq, Gürcüstan hakimiyyətini vətəndaş cəmiyyəti və müstəqil medianın inkişaf edə biləcəyi əlverişli mühitin təmin edilməsi üçün hər şeyi etməyə çağırır;
- Gürcüstan hökumətinin vətəndaş cəmiyyəti təşkilatlarını və fəallarını qəsdən damğalayan və gözdən salan, habelə Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinə qarşı müxalifəti yatırmaq və qalan tənqidi səsləri susdurmaq üçün istifadə edilən Rusiyanın olduqca mübahisəli “xarici agentlər” qanunundan ilhamlanmasını pisləyir.
- Xatırladaq ki, Avropa Şurası 2023-cü il dekabrın 14 və 15-də Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən addımların atılacağını nəzərə alaraq Gürcüstana namizəd statusu vermişdi; Vurğulayır ki, bu tövsiyə Gürcüstanı vətəndaş cəmiyyətinin sərbəst hərəkət edə bilməsini və Aİ və onun dəyərlərinə qarşı dezinformasiya ilə mübarizə aparmasını təmin etməyə çağırır. Qanun layihəsi hər iki məqsədi alt-üst edir;
- Gürcüstan hökumətinə Aİ-yə üzvlük üçün ərizə verərkən üzərinə götürdüyü öhdəlikləri xatırladır və Komissiyanın Vitse-Prezidentini/İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsini, Qonşuluq və Genişlənmə üzrə Müvəkkili və Komissiyanın Sədrini eyni şeyi etməyə çağırır;
- Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən doqquz addımın icrası ilə bağlı Gürcüstanın tərəqqisinin aralıq qiymətləndirilməsini təqdim etməyi təklif edir;
Düzəliş 12a. Komissiyanı Gürcüstanın “Xarici agentlər” qanununun Gürcüstanın viza liberallaşdırılması meyarlarını, xüsusən də viza rejiminin liberallaşdırılması siyasətinin mühüm tərkib hissəsi olan fundamental hüquqları yerinə yetirməsinə təsirini dərhal qiymətləndirməyə çağırır;
- Komissiyanı və Üzv Dövlətləri bu qanun layihəsinin Aİ-nin Gürcüstanda donor kimi roluna təsirini qiymətləndirməyə, Aİ-nin maliyyələşdirilməsinə mümkün təsir və ümumi nəticələr barədə Gürcüstan hökumətinə və parlamentinə aydın məlumat verməyə çağırır;
- Gürcüstan hökumətini öz Avropa yoluna qayıtmağa, demokratiyanı, qanunun aliliyini, insan haqlarını və əsas azadlıqları təşviq etməyə və namizəd statusu və Aİ-yə üzvlük şərtlərini yerinə yetirmək üçün tələb olunan addımların tam şəkildə həyata keçirilməsində səmimi iştirak etməyə çağırır.
Düzəliş 14a. Gürcüstanın yeganə oliqarxı Bidzina İvanişvilinin hazırkı siyasi böhranda oynadığı şəxsi rolu və Rusiyaya üz tutmaq lehinə Qərb yönümlü ölkənin kursunu pozmağa yönəlmiş növbəti cəhdi pisləyir; Şuraya və Avropa İttifaqının demokratik tərəfdaşlarına Gürcüstanda siyasi proseslərin pisləşməsində roluna və xalqın maraqlarına zidd fəaliyyətə görə İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırışını təkrarlayır;
Düzəliş 14b. Gürcüstan hakimiyyətini bir daha humanitar əsaslarla keçmiş prezident Mixail Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırır; vurğulayır ki, onun işi ədliyyə sistemində real islahatların aparılmasının vacibliyini daha da aydın göstərir;
- Gürcü xalqının legitim Avropa istəklərinə sarsılmaz dəstəyini bir daha bəyan edir.
Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi qərarının gürcü vətəndaş cəmiyyətinin nailiyyətlərini və demokratik səylərini tanımaq istəyi, eləcə də vətəndaşların Avropa İttifaqına qoşulmasına mütləq dəstəyi ilə əsaslandığını vurğulayır;
Düzəliş 15a. “Gürcü arzusu” çoxluğunu LGBTİ-lərin hüquqlarını məhdudlaşdıran, təkcə LGBTİ icmasına deyil, həm də söz azadlığına və azad vətəndaş cəmiyyətinə hücum olan konstitusiya qanun layihəsini ləğv etməyə çağırır;
- 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ATƏT/DTİHB-nin qərəzsiz və müstəqil uzunmüddətli beynəlxalq müşahidə missiyasının təmin edilməsinə çağırır.
- Avropa Parlamentinin sədrinə tapşırır ki, bu qətnaməni Komissiyanın Vitse-Prezidentinə / İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi nə, Şuraya, Komissiyays, üzv dövlətlərin hökumətləri və parlamentlərinə, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ali Nümayəndəsinə və Prezidentə, Gürcüstan hökumətinə və parlamentinə göndərsin.
Qətnamə layihəsinin təşəbbüskarları Avropa Parlamentinin aşağıdakı siyasi qruplarıdır: Avropa Xalq Partiyası (EPP), Yaşıllar/Avropa Azad Alyansı (Verts/ALE), Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı (S&D), Avropa Mühafizəkarları və İslahatçıları (ECR), Avropanı Yeniləyin (Renew Europe).