Bundan belə Ukrayna müharibədə həlak olanların anım günü və Nasizm üzərində qələbəni 8 may tarixində qeyd edəcək. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Məhz, mayın 8-də, dünya xalqlarının əksəriyyəti nasizm üzərində qələbənin şöhrətini qeyd edir. Dünya həyatını müdafiə edən və qoruyanların hamısının qarşısında baş əyir. Azad edilmiş ərazilərdən və həbs düşərgələrinin qapılarından nasist bayraqlarını götürən, millətlərə azadlığı bərpa edən, Nasist şərini məhv edən və qınayan hər kəs.
Məhz, 1945-ci ilin 8 may tarixində “Vermaxtın”ın qeyd-şərtsiz kapitulyasiya aktı qüvvəyə minir. Məhz, mayın 8-də dünya bu müharibədə həyatını itirən bütün insanların xatirəsini ehtiramla yad edir. Bu, ideoloji çirkləri olmayan saf tarixdir və xalqımızın, müttəfiqlərimizin, bütün azad dünyanın tarixidir. Bu gün biz onu öz dövlətimizə qaytarırıq”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna onun xalqının nasizmin məğlub edilməsinə verdiyi töhfəni heç vaxt unutmayacaq.
“Biz anti-Hitler koalisiyası xalqının ümumi qələbəsinin mənimsənilməsinə və yalan danışmasılmasına imkan verməyəcəyik ki, sanki qələbə heç bir ölkənin və ya millətin iştirakı olmadan mümkün olub. O vaxt birlikdə şəri məhv etdiyimiz kimi, indi də eyni şəri birlikdə məhv edirik. Təəssüf ki, şər geri qayıtdı. Lakin indi təcavüzkar başqa, məqsəd eynidir– əsarət və ya məhv”, – deyə Volodimir Zelenski bildirib.
Bu gün Ukrayna prezidenti qətnamə imzalayıb və ona əsasən, 9 may Ukraynada nasizm üzərində qələbə günü yox, Avropa günü olacaq: “Bu, bütöv 9 il ərzində olan aqresiyanın və tam miqyaslı işğalın artıq 439-cu günündə ukraynalıları dəstəkləyən Avropanın günü olacaq. Bu, ukraynalı qadın və uşaqlara sığınacaq verən, müttəfiqimiz olan, suverenliyimizə xələl gətirməyən və öz milli yolumuzu seçmək hüququmuzu şübhə altına almayan, Ukraynanı heç vaxt “uydurma” və ya “süni” yaradılmış adlandırmayan, bizə, özümüzü və onu, Avropamızı müdafiə edək deyə bizə öz silahını verən Avropanın günü olacaq”.
İkinci Dünya Müharibəsində Nazi Almaniyasının kapitulyasiya aktı 1945-ci il mayın 8-də Mərkəzi Avropa vaxtı ilə saat 23:01-də, Moskva vaxtı ilə 01:01-də qüvvəyə minmişdir. Ona görə də Rusiya, Gürcüstan və digər postsovet ölkələri nasizm üzərində Qələbə Günününü mayın 9-da qeyd edirlər.
Uzun illər 9 May Ukraynada da Qələbə Günü idi. 2015-ci ildə o vaxtkı prezident Pyotr Poroşenko mayın 8-ni Anma və Barışıq Gününü kimi təsis etdi, baxmayaraq ki, 9 May İkinci Dünya Müharibəsində nasizm üzərində qələbə günü olaraq qalırdı və qeyri-iş günü elan edilmişdi.