Ukrayna səfirliyi Rusiya Federasiyası ilə birbaşa uçuşların bərpası və Rusiya vətəndaşlarının kütləvi axını halında Gürcüstandakı ukraynalıların təhlükə ilə üzləşəcəkləri təqdirdə onların təxliyəsini istisna etmir. Bu barədə Ukraynanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Andrey Kasyanov məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əgər onlar birbaşa uçuşları bərpa etsələr və real təhlükəsizlik riskləri artarsa, demək istəyirəm ki, bu gün səfirlik beynəlxalq təşkilatlara və beynəlxalq tərəfdaşlarımıza Ukrayna vətəndaşlarının Gürcüstandan kütləvi şəkildə təxliyyə edilməsinə köməklik göstərilməsi imkanlarının nəzərdən keçirilməsini xahiş etmək imkanını istisna etmir”, - Kasyanov "Avropa Pravdası"na müsahibəsində deyib. “Amma vurğulayıram: əgər onların həyatı və təhlükəsizliyi üçün real təhlükə varsa. Biz boş oturmayacağıq. Çalışacağıq və hər şeyi edəcəyik ki, onların mühafizə və təhlükəsizliyi təmin olunsun. Bu bizim əsas prioritetimizdir”.
Kasyanov qeyd edib ki, rusların Gürcüstana anomal axını ilə bağlı artan təhlükəsizlik riskləri fonunda səfirlik Ukrayna vətəndaşlarının Ukraynaya qaytarılması üçün bütün səyləri göstərir.
“İndi biz Ukrayna əhalisinin həqiqətən geri qayıtmaq imkanı olmayan ən həssas hissəsi üçün xüsusi evakuasiya marşrutlarının təşkili imkanlarını nəzərdən keçiririk. Bundan əlavə, biz ən optimal variantın quru nəqliyyatı olduğunu hesab edirik”, - qeyd edib diplomat.
Yanvarın 18-də Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunacağına ümid bəslədiyini bildirib. Bundan başqa, Lavrov Gürcüstan hakimiyyətinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaması ilə bağlı “cəsarətini” yüksək qiymətləndirib.
Gürcüstanın hakim partiyası “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze uçuşların bərpasını alqışlayır, onun sözlərinə görə, bu, Rusiyada yaşayan bir milyona qədər Gürcüstan vətəndaşının vəziyyətini yüngülləşdirəcək. Prezident Salome Zurabişvili bu arqumenti qəbul etmir:” Bütün tərəfdaş ölkələrimizin söz və ya əməllə Ukraynanın fədakar mübarizəsi ilə maksimum həmrəy olduqlarını ifadə etdiyi bir vaxtda mən və, əminliklə deyə bilərəm ki, cəmiyyətin əksəriyyəti üçün də hökumətin və hakim partiyanın mövqeyi, yumuşaq desəm, anlaşılmazdır”.
Milli Turizm Administrasiyasının məlumatına görə, 2022-ci ildə Gürcüstana 5.426.903 milyon beynəlxalq səyahətçi səfər edib ki, onların da əksəriyyəti – 1.087.257 səfər Rusiya Federasiyasından olub. Bu, Ukraynadan 168.915 ziyarətçinin qeydə alındığı vaxt periodunu əhatə edir. Ukraynanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Andrey Kasyanov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin Gürcüstandakı ofisinin məlumatlarına əsaslanaraq bildirib ki, 2022-ci ilin noyabrına olan məlumata görə, ötən ilin 24 fevral tarixindən Gürcüstana 1 milyon 268 min rusiyalı daxil olub, onlardan təxminən 116 min vətəndaşı Gürcüstan ərazisində qalıb. Bu, on bir ay ərzində ümumilikdə 182 min ukraynalının Gürcüstana daxil olduğu və onlardan ölkədə cəmi 25 min nəfərin qaldığı vaxt periodunu əhatə edir. Andrey Kasyanov ukraynalı qaçqınların ölkədə uzun müddət qalmasına mane olan amillər kimi Rusiya vətəndaşlarının Gürcüstanda “anormal yüksək sayı”nı və həmçinin bunların səbəb olduğu mənzil kirayəsi, eləcə də ərzaq və gündəlik istehlak mallarının qiymətlərində kəskin artımı göstərir.
Ədliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə təxminən səkkiz ay ərzində 12.335 Rusiya vətəndaşı Gürcüstanda 15.164 bina və tikiliyə mülkiyyət hüququnu qeydiyyata alıb. Bunlardan 13.262-si yaşayış mənzilləridir ki, onların üzərində Rusiya Federasiyasının 11.722 vətəndaşının mülkiyyət hüquqları qeydiyyata alınıb. Bundan əlavə, Rusiya Federasiyasının 10.975 vətəndaşı tərəfindən 13.850 torpaq sahəsi (həm binalı, həm də tikilisiz) qeydiyyata alınıb.
Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyul ayından dayandırılıb.
Rusiya vətəndaşları Gürcüstana kütləvi şəkildə Rusiyanın Ukraynanı işğal etməsindən və müharibə başlayandan sonra daxil olublar. Onların sayı xüsusilə keçən il sentyabrın 21-dən, Rusiya Prezidenti Vladimir Putinin 300 min nəfəri müharibəyə cəlb etmək üçün “qismən səfərbərlik” elan etməsindən sonra artıb. Lars sərhəd-keçid məntəqəsində Rusiya vətəndaşlarının bir neçə kilometr uzunluğunda növbələri yaranıb.