2019-cu ildə Konstantinopol Patriarxından avtokefaliya tomosunu alan və Rus Kilsəsindən müstəqilliyini elan edən Ukrayna Pravoslav Kilsəsi yeni Yuli təqviminə keçib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün, mayın 24-də arxiyepiskopların iclasında kilsə bayramlarının tarixlərinin, o cümlədən Milad bayramının dekabrın 25-də (yanvarın 7-si əvəzinə) dəyişdirilməsi qərara alınıb.
İclasda qəbul edilmiş qətnamədə bildirilir ki, hazırda pravoslav kilsələrinin əksəriyyəti - Konstantinopol (dünya), İsgəndəriyyə Patriarxlığı, Antakya Patriarxlığı, Ruminiya Patriarxlığı, Bolqarıstan Patriarxlığı, Kipr Kilsəsi, Yunanıstan kilsəsi , Albaniya kilsəsi, Çexiya və Slovakiya kilsəsi yeni Yuli təqvimindən istifadə edir.
Yığıncaq qeyd edir ki, müasir şəraitdə Yuli təqviminin sosial və mədəni konteksti və onun qəbulu əsaslı şəkildə dəyişib - indi əksəriyyət bunu Ukrayna ənənələri ilə deyil, rus kilsə mədəniyyəti ilə əlaqələndirir.
“Müasir təqvimdən Ukrayna Pravoslav Kilsəsini dəstəkləyən pravoslav kilsələri istifadə edir, ona qarşı olanlar, hansı ki, ilk növbədə Rus Pravoslav Kilsəsidir, köhnə təqvimdə qalır.
Eyni zamanda, keçmişdə təqvimin dəyişməsinə mane olan amillər indi öz aktuallığını itirir. Ona görə də öz, ukraynalı, mənəvi kimliyini qorumaq və gücləndirmək, onu “rus dünyası”nın aqresiyasından qorumaq istəyi yetkin qərar tələb edir - Yeni Yuli təqvimi qəbul etməklə və ənənəvi Pasxa bayramını saxlamaqla pravoslav kilsələrinin əksəriyyətinə qoşulaq”, - arxiyepiskoplar buyurub.
İndiyədək Ukrayna Pravoslav Kilsəsi Rus və Gürcü Pravoslav Kilsələri kimi Yuli təqvimindən istifadə edirdi.
Təqvimdə islahatların aparılmasına dair addımlar hətta Petro Poroşenkonun prezidentliyi dövründə (2014-2019), dekabrın 25-i bayram elan edilən vaxt başlamışdı.
“2019-cu ildə demişdim ki, biz beş il ərzində yeni təqvimə keçə biləcəyik, o vaxt ki, cəmiyyət buna hazırdır və o vaxt gəlib çatıb. İctimaiyyət hazırdır, biz təqvimdə islahatlar aparırıq. Heç bir məcburiyyət olmayacaq və köhnə təqvimdən istifadə etmək istəyən Prixod bunu edə bilər, lakin zaman keçdikcə hər kəs yeni təqvimə keçəcək”, - Bu barədə “BBC News”un Ukrayna xidmətinə kilsənin rəhbəri Metropolitan Epiphani deyib.
Nəşrin yazdığına görə, 2022-ci ilin iyulunda aparılan araşdırma göstərib ki, ukraynalıların 72 %-i özlərini pravoslav xristian hesab edir və onlardan yalnız 4 %-i Moskva Patriarxlığının tabeliyindəki Ukrayna Pravoslav Kilsəsinə mənsubdur.