Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sirski bildirib ki, Kiyev Rusiya ərazisinin 1000 kvadrat kilometrinə nəzarəti ələ keçirib və başlamasından yeddi gün sonra da “Kursk vilayətində hücum əməliyyatı keçirməyə” davam edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ukrayna qoşunları avqustun 6-da gözlənilməz hücum əməliyyatına başlayıb və Rusiya sərhədindən 30 kilometr məsafəni qət edib. Hərbi rəsmilərin sözlərinə görə, əməliyyatda minlərlə əsgər iştirak edir ki, bu da Rusiya sərhədçilərinin qiymətləndirdiyi “kiçik müdaxilədən” qat-qat çoxdur.
“Biz Rusiyanın həqiqətən Putinin rəhbərliyi altında necə hərəkət etdiyini görürük: 24 il əvvəl onun hakimiyyətinin simvolik başlanğıcı olan Kursk fəlakəti baş verdi. İndi onun sonunun nə olduğunu görmək olar və bu, yenidən Kurskdur, onun müharibəsinin fəlakəti.
Həmişə insanlara və qaydalara məhəl qoymayanların başına bu gəlir. Rusiya başqalarına müharibə gətirdi, indi onun ğzünə geri qayıdır. Ukrayna həmişə yalnız sülh istəyir və biz bunu mütləq təmin edəcəyik”, - Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Vladimir Putin Ukraynanın hücumunu “böyük təxribat” kimi qiymətləndirib və Rusiya qüvvələrinə “düşməni ərazidən qovmağı” əmr edib. Rayonun qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun sözlərinə görə, ukraynalılar 28 yaşayış məntəqəsini tutublar. Hazırda 121 minə yaxın sakin sərhədyanı əraziləri tərk edib. Kursk yaxınlığındakı Belqorodda da “düşmənin sərhəddə hərəkəti səbəbindən” təxminən 11 min insana evlərini tərk etmələri bildirilib.
“BBC” anonim yüksək rütbəli Britaniya hərbçisinə əsaslanaraq yazır ki, Ukraynanın Rusiya ərazisini işğalından qəzəblənən Moskvanın Ukraynanın mülki əhalisinə və mülki infrastrukturuna hücumlarını ikiqat artırması riski var. ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker qeyd edir ki, Ukraynanın işğalı ilə əlaqədar Putin siyasi qiymət ödəməli ola bilər, çünki bu, mütləq Rusiya elitasına və cəmiyyətinə təsir edəcək.
“Rusiya ərazisinə hücumları Putin özü təhrik etdi və insanların təxliyəsi lazım oldu. Bu, nəsə deməkdir”, - Volker deyir.
Kiyevdə Zelenski ilə görüşü zamanı amerikalı senator Lindsi Qrem Ukrayna əməliyyatını “parlaq” və “cəsarətli” adlandırıb. O, prezident Co Bayden administrasiyasından Ukraynaya lazımi silahların verilməsini tələb edib.