Daha bir gürcü döyüşçü, 31 yaşlı Nikoloz Qelenidze Ukraynanın Baxmut şəhərində artilleriya atəşi nəticəsində həlak olub. Son bir həftədə Ukraynadakı müharibədə dörd gürcü döyüşçü həlak olub.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 Yeni müdafiə məcəlləsinə sürətləndirilmiş şəkildə hansı dəyişikliklər daxil edilir
- 2 "Gürcü Arzusu" münaqişə zonalarını Rusiyaya verir - Paata Zakareişvili ilə müsahibə
- 3 Bufet problemini həll etmək 2-3 il çəkəcək - nazir məktəblərdə pulsuz qida ilə bağlı
- 4 2023-cü ilin 8 ayında Daxili İşlər Nazirliyini 1384 əməkdaş tərk edib
- 5 Davit Xidaşelinin sözlərinə görə, o, şirkəti və Raça meşələri üçün aldığı lisenziyanı satıb
- 6 Gürcüstanlı şagirdlərin riyaziyyat və oxuduğunu anlama üzrə nəticələri pisləşib
Nikoloz Qelenidze “Tbilis” bölməsinin sıralarında döyüşürdü. Batalyon komandiri Qoça Xoravanın məlumatına görə, noyabrın 16-da Qelenidze oktyabrın sonunda həlak olan Levan Lobjanidzenin meyitinin cəbhə xəttindən çıxarılması əməliyyatında iştirak edərkən bombardmana məruz qalıb.
“Əməliyyat planlaşdırılmışdı, Levanı çıxarmaq lazım idi. Yolda oğlanlar bombardmana məruz qaldı və [Nikoloz] həlak oldu. Lobjanidzeni çıxarmaq üçün ora gedə bilmədilər. Nikolozun yanında olan iki yaralı azərbaycanlı qardaşlarımız var. Onların həyati təhlükələri yoxdur”, - deyə Qoça Xorava bildirib.
Nikoloz Qelenidzenin cəsədi artıq qaynar nöqtədən çıxarılıb. Noyabrın 20-də ona Kiyevdə, Müqəddəs Volodimir adına kilsədə mülki cənazə mərasimi keçiriləcək, bundan sonra onun nəşi Gürcüstana göndəriləcək.
Qelenidze Abxaziyadan qaçqın düşmüş ailədən idi. Onun ailəsi bu gün Potidə yaşayır.
2022-ci il fevralın 24-dən sonra Rusiyanın Ukraynada başlatdığı müharibədə artıq 54 gürcü və gürcü əsilli ukraynalı döyüşçü həlak olub:
- Nikoloz Qelenidze - 31 yaş, 16 noyabr 2023-cü ildə Baxmutda vəfat edib;
- Beka Lomaşvili - 16 noyabr 2023-cü il, Donetsk vilayətində;
- Ramaz Fetelava - 16 noyabr 2023-cü il, Donetsk vilayətində;
- İrakli Kurtsikidze - 10 noyabr 2023-cü il;
- Levan Lobjanidze - oktyabr 2023, Baxmut yaxınlığında vəfat edib;
- Zakro Şubitidze - 30 yaş, 2023-cü ilin 18 sentyabrında, Donesk vilayətində vəfat edib;
- Nikoloz Axvlediani - 42 yaşında, 23 avqust 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
- Arçil Devrisaşvili- 2023-cü il iyulun 27-də Baxmut yaxınlığında vəfat edib.
- Malxaz Kvijinadze - 2023-cü il iyunun 24-də Luqanskda, Lisiçansk istiqamətində vəfat edib;
- Coni Odişvili - 33 yaşında, 24 iyun 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
- Nika Jiğaşvili - 10 may 2023-cü ildə, Luqanskda vəfat edib;
- Zurab Odişvili - 26 aprel 2023-cü ildə vəfat edi;
- Davit Kuçukiani - 4 aprel 2023-cü ildə Baxmutda vəfat edib.
- Vaxtanq Barbaradze - 4 aprel 2023-cü ildə Baxmutda vəfat edib.
- Mixeil Mazanaşvili - 29 yaşında, 31 mart 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
- İlia Çoxeli - 25 yaşında, 16 mart 2023-cü ildə Baxmutda vəfat edib;
- Qiorqi Kaadze - 23 yaşında, 29 yanvar 2023-cü ildə Soledar şəhəri yaxınlığında vəfat edib;
- Mixeil Tevdoradze - 45 yaş, 2022-ci il dekabrın 13-də Baxmut yaxınlığında vəfat edib;
- Serqo Lisixi - 34 yaşında, 13 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
- Ruslan Bayramov - 29 yaş, 6 oktyabr 2022-ci ildə Nikolayev rayonunda vəfat edib;
- Roland Kvaraçxelia - 49 yaş, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
- Avto Rurua - 41 yaş, 2022-ci il dekabrın 3-də Baxmut yaxınlığında vəfat edib;
- Romeo Piçxaia - 55 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
- Merab Aladaşvili - 45 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
- Badri Markelia - 46 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
- Caba (Cambulat) Xoperiya - 25 yaş, 2022-ci il dekabrın 1-də Kiyevdə vəfat edib;
- Konstantin Kursua - 43 yaş, 23 noyabr 2022-ci ildə Donetsk yaxınlığında vəfat edib;
- Levan Saxelaşvili - 38 yaş, 2 noyabr 2022-ci ildə Nikolayev rayonunda vəfat edib;
- Qurqen (Quqa) Qaqnidze - 40 yaşında, 30 oktyabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
- Aleksandre Martiaşvili - 24 yaş, 21 oktyabr 2022-ci ildə Xerson yaxınlığında vəfat edib;
- Mixeil Kaplanişvili - 46 yaş, 21 oktyabr 2022-ci ildə Luqansk rayonunda vəfat edib;
- Ernest Maçaraşvili - 43 yaş, 13 oktyabr 2022-ci ildə Xerson rayonunda vəfat edib;
- Edişer Kvaraçsxelia - 44 yaş, 10 oktyabr 2022-ci ildə Donetsk vilayətində vəfat edib;
- Qela Qoqiya - 55 yaş, 26 avqust 2022-ci ildə Donetsk vilayətində vəfat edib;
- Berdia Joxadze - 43 yaş, 2022-ci il avqustun 12-də Nikolayev xəstəxanasında vəfat edib;
- Kaxa Qoqoli - 47 yaş, 2022-ci il iyulun 10-da Luqansk vilayətində vəfat edib;
- Aluda Zviadauri - 42 yaş, 18 iyun 2022-ci ildə Severodonetsk yaxınlığında vəfat edib;
- Kirile Şanava - 25 yaş, 2022-ci il iyunun 7-də Luqansk vilayətində vəfat edib;
- Daniel Qerliani - 25 yaş, 2022-ci il iyunun 3-də Zaporojya yaxınlığında öldürülüb;
- Qiorqi Qriqolia - 40 yaşında, 2022-ci il iyunun əvvəlində Baxmut yaxınlığında vəfat edib;
- Rati Şurqaia - 38 yaş, 2022-ci il mayın 14-də Xarkov vilayətinin İzium şəhərində vəfat edib;
- Telman (Tato) Biqvava - 27 yaşında, 8 may 2022-ci ildə Mariupolda vəfat edib;
- Vitali Orbeladze - 46 yaş, 23 aprel 2022-ci ildə Xarkov vilayətinin İzium şəhərində vəfat edib;
- Zaza Bitsadze - 40 yaşında, 16 aprel 2022-ci ildə Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
- Alika Tsaava - 40 yaşında, 2022-ci il aprelin 16-da Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
- Arkadi Kasradze - 40 yaşında, 2022-ci il aprelin 16-da Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
- Temur Maçaraşvili - 37 yaş, 2022-ci ilin aprelində Zaporojyedə vəfat edib;
- Nika Şanava - 21 yaş, 2022-ci il aprelin 9-da Xarkov vilayətində vəfat edib;
- Davit Menabdişvili - 47 yaş, 9 aprel 2022-ci ildə Xarkov rayonunda vəfat edib;
- Davit Qobejişvili - 47 yaş, 25 mart 2022-ci ildə İrpen şəhəri yaxınlığında vəfat edib;
- Baxva Çikobava - 54 yaş, 2022-ci il martın 19-da Mariupolda vəfat edib;
- Qia Beriaşvili - 45 yaş, 18 mart 2022-ci ildə İrpen yaxınlığında vəfat edib;
- Davit Ratiani - 53 yaşında, 18 mart 2022-ci ildə İrpen yaxınlığında vəfat edib;
- Oleq Qeqeçkori - 50 yaş, 2022-ci il martın 8-də Kiyev vilayətində vəfat edib;
