Xarkov, Donetsk və Xerson vilayətlərinin azad edilmiş ərazilərində son iki ayda öldürülmüş 700-dən çox ukraynalının cəsədi tapılıb. Bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Təxminən 90%-i mülki şəxslərdir. Ukrayna vətəndaşlarının qanunsuz saxlanıldığı və işgəncələrə məruz qaldığı iyirmidən çox yer müəyyən edilib. Belə yerlərin əksəriyyəti Xarkov vilayətində tapılıb. İzyumdakı kütləvi məzarlıqları hamımız xatırlayırıq. Xarkov vilayətinin demək olar ki, hər bir şəhər və kəndində biz Ukraynanın dinc sakinlərinin öldürüldüyü yerlərə rast gəldik. Xersonda da oxşar vəziyyətimiz var. Bu işlər burada yeni başlayır və biz hər gün yeni məlumatlar alırıq”, - Kostin bildirib.
Noyabrın 17-də Ukraynanın daxili işlər naziri Denis Monastırski bəyan edib ki, hüquq-mühafizə orqanları mart ayından işğal altında olan Xerson vilayətində artıq 63 işgəncəyə məruz qalmış meyit tapıblar. Monastirski axtarış əməliyyatlarının yenicə başladığını vurğulayıb.
Son məlumatlara görə, Ukraynada Rusiya hərbçilərinin törətdiyi iddia edilən cinayətlərlə bağlı 45 minə yaxın cinayət işi başlanıb. Baş Prokurorluğun məlumatına görə, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra 8300-dən çox dinc sakin həlak olub, onlardan 437-si uşaqdır. Bu məlumatlar dəqiq deyil, çünki Rusiyanın nəzarətində olan ərazilərdə cinayətlərin qeydə alınması mümkün deyil.
Ukraynada törədilən müharibə cinayətləri Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsində də araşdırılır.