Ukrayna Rusiyanın Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət edir. Bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sirski prezident Volodimir Zelenski ilə söhbətində deyib. Zelenskinin sözlərinə görə, Kursk vilayətində aktiv əməliyyatların ərazisi genişləndirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Ukrayna Silahlı Qüvvələrinin qruplaşmaları Kursk vilayəti ərazisində əməliyyatları davam etdirir. Bu gün əsgərlərimiz ayrı-ayrı istiqamətlərdə bir kilometrdən üç kilometrə qədər irəliləyiblər.
40 kvadrat kilometr ərazi nəzarət götürülüb və hazırda 74 yaşayış məntəqəsi bizim nəzarətimizdədir. Bütün cəbhə xəttində döyüşlər gedir. Döyüş əməliyyatlarının yüksək intensivliyinə baxmayaraq, vəziyyət nəzarət altındadır”, - Sirski bildirib.
Prezident Volodimir Zelenskinin məlumatına görə, yüzlərlə rus əsgəri artıq Ukrayna silahlı qüvvələrinə təslim olub. Zelenskinin dediyi kimi, hamıya humanist münasibət göstəriləcək. “Onlara hətta Rusiya ordusunda belə bu cür münasibət görməyiblər”, - Ukrayna prezidenti bildirib.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, “işğal olunmuş ərazilər barədə humanitar qərarlar hazırlanır”. O, 74 yaşayış məntəqəsində nə qədər mülki şəxsin qaldığını dəqiqləşdirməyib.
Avqustun 6-da Ukrayna qoşunları Kursk istiqamətində gözlənilməz hücum əməliyyatına başlayıb. Avqustun 12-də rayonun qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinə məruzə edib ki, Ukrayna silahlı qüvvələri 28 yaşayış məntəqəsinə nəzarət edir. “Bunlar taleyini bilmədiyimiz 2000-ə yaxın insandır”, - Smirnov bildirib. Ukrayna əməliyyatı ilə əlaqədar Kursk vilayətinin azı 121 min sakini tərk edib. Qubernator səlahiyyətlərini icra edən məmurun məlumatına görə, 180 min insan təxliyə edilməlidir.