Ukraynanın siyasi rejimini sökülməsi bizim məqsədimiz olmalıdır - Medvedev

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Birinci epizod oynanıldı. Ardı var”, - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da yazır ki, Ukraynanın hazırkı hökuməti Rusiya üçün təhlükədir və onun “tamamilə sökülməsi” Rusiyanın məqsədinə çevrilməlidir.

“Ukrayna dövləti nasist siyasi rejimi ilə hazırkı konfiqurasiyasında Rusiya üçün daimi, birbaşa və aşkar təhlükədir. Ona görə də xalqımızın və ölkəmizin sərhədlərini qorumaqla yanaşı, mənim fikrimcə, gələcək fəaliyyətimizin məqsədi Ukrayna siyasi rejimini tamamilə sökmək olmalıdır”, - Medvedev bildirib.

Bu gün Ukrayna Təhlükəsizlik Xidməti Dmitri Medvedevin axtarışını elan edib. Onun barəsində Cinayət Məcəlləsinin Ukraynanın ərazi bütövlüyünə qəsd etmə nəzərdə tutan 110-cu maddəsinin ikinci hissəsi ilə iş başlanıb. Axtarışda olan daha 700-ə yaxın Rusiya vətəndaşı, o cümlədən Dumanın deputatları, senatorlar, Təhlükəsizlik Şurasının və hökumətin üzvləri də daxil edilib.

Oktyabrın 10-da səhər saatlarında Rusiya Kiyevə və Ukraynanın digər şəhərlərinə raket zərbələri endirib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yenilənmiş məlumatlarına görə, Rusiya 84 qanadlı raketdən və 24 pilotsuz uçuş aparatından, o cümlədən 13 İranın “Şahed” PUA’larından istifadə edib. Hava hücumundan müdafiə sistemləri 43-ü qanadlı raket olmaqla 56 hədəfi məhv edib.

Partlayışlar nəticəsində azı 11 nəfər ölüb, 70-dən çox insan yaralanıb. 70 obyektə ziyan dəyib, onlardan 29-u kritik əhəmiyyətə malikdir. İstilik stansiyalarının və elektrik yarımstansiyalarının bombalanması səbəbindən Ukrayna öz enerji sistemini stabilləşdirmək üçün sabahdan etibarən Avropaya elektrik enerjisi ixracını dayandırmağa məcburdur.

Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, Ukrayna şəhərlərinin bombalanması oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışa cavab idi, lakin Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Rusiya işğalçı qüvvələri oktyabrın 2-də və 3-də Kremldən mülki infrastruktura kütləvi raket zərbələrinə hazırlaşmaq üçün göstərişlər alıblar.

Rusiyanın hərəkəti Aİ ölkələri tərəfindən pislənib. “Rusiya dünyaya bir daha nəyi təmsil etdiyini göstərdi - bu, terror və vəhşilikdir. Cinayətkar cavab verməlidir. Biz həlak olanlara yas tutur və ukraynalı dostlarımıza dərin hüznlə başsağlığı veririk. Bilirəm ki, ukraynalılar qorxmayacaqlar”, -deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin sözlərinə görə, raket hücumu bir daha Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin vəhşiliyini göstərir. Baydenin sözlərinə görə, ABŞ öz tərəfdaşları və müttəfiqləri ilə birlikdə Ukraynaya ölkəni və azadlığı qorumaq üçün kömək etməyə davam edəcək.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, raket zərbələri “müharibənin növbəti qəbuledilməz eskalasiyasını təmsil edir və həmişə olduğu kimi, ən zərər çəkənlər isə mülki şəxslər olurlar”.

Oktyabrın 11-də “Böyük Yeddiliyə” (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) üzv dövlətlərin liderlərinin növbədənkənar görüşü nəzərdə tutulub. Ukrayna prezidenti Vladimir Zelenski onlara müraciət edəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur