Gürcüstan Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Mixeil Saakaşvili məsələsi ilə bağlı qərarından dərin narahatlığını ifadə edir və bildirir ki, Gürcüstan səfirindən məsləhətləşmələr aparmaq üçün ölkəni tərk etməsi tələbi diplomatik münasibətlərin gərginləşməsinin ifrat formasıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rəsmi Kiyevin dost dövlətə və xalqa qarşı bu addımı atması təəssüf doğurur. Ukrayna hakimiyyəti tərəfindən göstərilən səbəb bu qərarı xüsusilə anlaşılmaz edir. Məhkum Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı fərziyyələrə Strasburq məhkəməsinin qərarı son qoydu və bu, Mixeil Saakaşvilinin hüquqlarının dövlət tərəfindən müdafiəsinin ən yüksək standartlarını bir daha təsdiqlədi”, - nazirliyin bu gün yaydığı bəyanatda deyilir.
Gürcüstan Xarici İşlər Nazirliyinin qiymətləndirməsinə görə, Ukrayna hakimiyyətinin qərarı iki ölkə arasındaki strateji münasibətlərə əhəmiyyətli dərəcədə xələl gətirir və suveren dövlətin daxili işlərinə birbaşa müdaxilədir.
“Bu gün Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyində keçirilən görüşdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvili də Tbilisinin rəsmi mövqeyini Ukrayna tərəfinə çatdırıb.
Gürcüstan müharibə şəraitində olan Ukraynaya həmrəylik və dəstəyi gələcəkdə də nümayiş etdirməkdə davam edəcək.
Məhz Ukrayna müharibənin aktiv fazasında olduğuna görə beynəlxalq münasibətlər və xüsusən də tərəfdaşları qarşısında böyük məsuliyyət daşıdığını dərk edən Gürcüstan tərəfi bu mərhələdə Ukraynanın atdığı addımlara cavab olaraq, onsuz da çətin olan vəziyyəti çıxılmaz vəziyyətə salacaq hər hansı əlavə reaksiyadan və onunla ikitərəfli münasibətlərin daha da kəskinləşməsindən çəkinir”, - Gürcüstan Xarici İşlər Nazirliyi bildirir.
Eyni zamanda, Nazirlik rəsmi Kiyevin öz qərarına yenidən baxacağına və iki ölkə arasında tarixi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün səy göstərəcəyinə ümid etdiyini bildirir.
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvili iştirak edib.
Eyni adlı 7 noyabr işi üzrə o, Tbilisi Şəhər Məhkəməsində davam edən iclasda “Vivamed” klinikasından, uzaqdan iştirak edib. Videogörüntülərdən onun səhhətinin ağır olduğu görünür.
Günün sonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna vətəndaşı Mixeil Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürdüyünü bildirib və Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, sərt etirazını bildirməyi və ondan Tbilisidə məsləhətləşmələr üçün 48 saat ərzində Ukraynanı tərk etməsini xahiş etməyi tapşırıb.
“Biz dəfələrlə rəsmi Tbilisini bu təhqiri dayandırmağa və Saakaşvilinin Ukraynaya qayıtmasına razılıq verməyə çağırmışıq. Mən tərəfdaşlarımızı bu vəziyyəti həll etməyə, bu insanı gözdən salınmasına yol verməməyə və xilas etməyə çağırıram. Avropada heç bir hökumətin insanı ölümlə cəzalandırmaq hüququ yoxdur, yaşamaq əsas Avropa dəyəridir”, - Zelenski bildirib.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarə seçkilərindən bir gün əvvəl həbs edilib. O, parlament üzvü Valeri Qelaşvilinin döyülməsində və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” televiziya şirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyası, Patarkatsişvilinin əmlakına qanunsuz sahiblik etmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin məhbusu olduğunu deyir.
Bu mövzu haqqında:
“Gürcüstan hökuməti buna layiqdir” – Kuleba Saakaşvili məsələsi ilə bağlı