USAID rəhbəri: “Xarici agentlər” qanununa bənzər qanunun Avropada yeri yoxdur

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ Beynəlxalq İnkişaf Agentliyi, "USAID"in rəhbəri Samanta Pauerin sözlərinə görə, Avropada “xarici agentlər” kimi qanuna yer yoxdur və təcrübə göstərir ki, bu cür qanunlar korrupsiyaya qarşı hesabatlığa və söz azadlığına öz təsirini göstərir.

Amerikanın Səsinin məlumatına görə, Samanta Pauer bu barədə Senatın Xarici Əlaqələr Komitəsinin iclasında Senator Cin Şahinin ondan “xarici agentlər” haqqında qanun parlamentdə təsdiqlənərsə, Gürcüstanda ABŞ tərəfindən maliyyələşdirilən vətəndaş təşkilatlarının gələcəyinə hansı təsirləri ola bilər deyə soruşulduqdan sonra bildirib.

"Biz bir çox yerdə Rusiyanın xarici agentlər haqqında qanununun nüsxə versiyalarının peyda olduğunu görmüşük və bu korrupsiyaya qarşı azlan hesabatlılıq və söz azadlığına məhdudiyyətlər ilə nəticələnib. Təbii ki, Gürcüstan hazırda Avropaya gedən yolda dayanıb və ya dayanmış kimi görünür və son vaxtlar bu ambisiyaları müəyyən dərəcədə etiraf edib. Prinsipcə, Avropada xarici agentlərlə bağlı oxşar qanuna yer yoxdur. İnsan hüquqları və demokratik prinsiplər nəinki tanınmalı, həm də qorunmalıdır", - Pauer bildirib.

USAID rəhbəri ötən il də rus qanununu tənqid edirdi və bunun Gürcüstanın Avro-Atlantik gələcəyinə ciddi təhlükə yaradacağını bildirirdi.

“Gürcü Arzusu” bir il əvvəl irimiqyaslı ictimai etirazlar nəticəsində geri çəkdiyi və parlamentə heç bir şəkildə “qeyd-şərtsiz” geri gətirilməyəcəyi sözünü verdiyi "xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə çıxarır. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” ifadəsi ilə əvəz edilib.

ABŞ Dövlət Departamenti, NATO, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Aİ-yə üzv olan 12 ölkənin parlamentlərinin xarici komitələri və ayrı-ayrı Avropa parlamentariləri qanun layihəsinin yenidən gündəmə gətirilməsindən narahat olduqlarını bildiriblər.

ABŞ səfiri Robin Danniqanın sözlərinə görə, “Gürcü Arzusu”nun qanun layihəsi Amerikanın "FARA"sına bənzəmir.

Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirə bilərliyinə baxmayaraq, Hakim partiya rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur