Tbilisi Şəhər Məhkəməsi keçmiş polis Giorgi Berozaşvilini valideynlərini qətlə yetirməkdə təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib. Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxs illər boyu şəxsi münaqişəsi və ixtilaf zəminində valideynlərini öldürmək niyyətində olub və qanunsuz olaraq odlu silah əldə edib. O, 27 aprel 2022-ci il tarixində evdən digər ailə üzvlərinin çıxmasını gözləyib, bundan sonra atasının adına olan odlu silahla atası yatarkən onu başından vurub. Sonra qanunsuz olaraq əldə etdiyi başqa odlu silahla da yatmış anasını başından yaralayıb. Aldıqları xəsarətlər nəticəsində zərərçəkənlər yerindəcə keçiniblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qətldən sonra izləri silmək üçün təqsirləndirilən şəxslər evdə quldurluq edilməsi səhnəsi qurub, cinayəti ört-basdır etmək üçün mənzildə yanğın törədib və təbii qaz kranını açıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2022-ci il aprelin 28-də həbs ediblər. Ona Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin “b” və “f” yarımbəndləri və 3-cü hissəsinin “a” yarımbəndi (iki köməksiz ailə üzvünü qəsdən öldürmə) və 236-cı maddəsinin 3 və 4-cü hissələrinə əsasən (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə) ittihamlar irəli sürülüb.
Giorgi Berozaşvili ilkin ifadəsində günahını etiraf edib. Məhkəmə prosesində isə ittihamı inkar edirdi. "Evin demək olar ki, hər yerində benzin izləri tapılıb. Paltarımda və bədənimdə bir damcı benzin izi belə tapılmadı. Prokurorluq iki tapança ilə ittiham edir məni, iki tapança ilə atəş açmısan deyir, lakin nə əlimdə, nə də üzümdə barıt izi aşkar olunmayıb. Həmçinin mərhum ananın yeri ilə bağlı prokurorluq iddia edir ki, anamı çarpayıda öldürmüşəm, sonra da yerə köçürtmüşəm. Çarpayıda qan izləri aşkar olunmayıb. Anamı çarpayıdan qaldırmışamsa da, paltarında mənim izlərim tapılmayıb", - təqsirləndirilən şəxs məhkəmənin ona hökm oxunmasından əvvəl bildirib.
Prokuror təqsirləndirilən şəxsin cinayəti inkar etməsini gözlənilən cəza qorxusu ilə izah edib. Onun sözlərinə görə, Giorgi Berozaşvilinin idarə etdiyi avtomobildən yaşayış yerindən götürülən əşyalar çıxarılıb, qətl alətləri isə onların ailəsinə məxsus qarajdan çıxarılıb. "Mühüm hal odur ki, 2022-ci il aprelin 27-də Giorgi Berozaşvili polis zabitinə həm atasına, həm də anasına atəşin hansı dəqiq yerdən və dəqiq silahlardan açıldığını demişdi. Giorgi Berozaşvilinin dedikləri tibbi, ballistik və digər ekspert rəyləri ilə ətraflı şəkildə təsdiqlənib", - qeyd edib prokuror.
Mövcud qanunvericiliyə görə, məhkəmənin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsi, hansı ki, iyirmi il həbs cəzası çəkmişdir və Gürcüstanın Ədliyyə Naziri tərəfindən təsdiq edilmiş ömürlük həbsə məhkum edilmiş şəxsin azadlığa buraxılmasına hazırlıq proqramını uğurla keçmişdir, cəzasını daha da çəkməkdən şərti olaraq azad etmək səlahiyyəti var.