Tbilisidə, Varketilidə, 25 yaşlı gənc qonşuluqda yaşayan ata və qızına yaşadıqları mənzildə hücum edərək onları öldürməyə cəhd edib. Bu barədə sosial şəbəkədə zərərçəkmişin özü yazır. Hadisə iyunun 18-nə keçən gecə baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən çimirdim və atam mağazaya çıxmışdı, bu an qonşu 25 yaşlı R. Q. içəri daxil oldu. Tezliklə atamın da içəri girdiyinin fərqinə vardım. Adını təzəcə öyrəndiyim və ancaq salamlaşdığım adam məni və atamı öldürməyə çalışdı. Atamın başında 30-dan çox kəsik var. Dəfələrlə bıçaqdan qurtulduğum üçün cəmi 4 kəsiyim var və çox pis döyülmüşəm. Məni öldürmək üçün hər cür cəhd etdi. Hamamda məni boğurdu. Boğazımı kəsməsin deyə bıçağı 3 dəfə əlindən atdım. Bıçağı atdım deyə başıma və üzümə vururdu. Nəhayət, evə od vurub, qazı söndürüb qaçdı. Möcüzə nəticəsində sağ qaldıq. Rəbbə və bizi xilas edən qonşulara şükürlər olsun”, - qadın yazıır və hadisəni əks etdirən fotoları dərc edir.
Onun sözlərinə görə, atasının səhhəti ağır olsa da, həyatı üçün təhlükə yoxdur.
Polis hücum edən şəxsi həbs edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhddə ittiham olunur. Zərərçəkmiş deyir ki, qonşunun hücumunun səbəbi ona məlum deyil.