“Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir”, - bunu Azərbaycanın Prezidenti İlham Əliyev bu gün Gürcüstana səfəri zamanı deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Əliyevin sözlərinə görə, o, Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları barədə məlumat verib.
“Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır.
Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”, - Əliyev görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Gürcüstanın Baş nazirinin qeyd etdiyi kimi, o, İlham Əliyevin Praqada Cənubi Qafqazda birgə üçtərəfli müzakirə formatı mexanizminin yaradılması təşəbbüsünü dəstəkləyir. Qaribaşvilinin sözlərinə görə, Gürcüstan hökuməti sülhsevər siyasət yürütməyə tam hazır olduğunu bəyan edir: “Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik”.
Oktyabrın 6-da Çexiyada keçirilən və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi dördtərəfli görüşdə İrəvan və Bakı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Bunun vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Tərəflər bunun delimitasiya komissiyalarının işinə əsas yaradacağını təsdiqləyiblər. Bundan əlavə, tərəflərin razılığına əsasən, iki ay müddətində Aİ-nin müşahidə missiyası Ermənistan ərazisində Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdiriləcək. Nikol Paşinyan hesab edir ki, bu müddətin uzadılması zəruridir.
Azərbaycan Ermənistana sülh sazişinin beş prinsipə əsaslanmasını təklif edir: bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının tanınması; bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiq edərək və gələcəkdə belə iddiaların qaldırılmayacağını öhdəsinə götürür; güc tətbiq etməkdən və ya hədələməkdən çəkinmək; dövlət sərhədinin delimitasiyası-demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və digər kommunikasiyaların blokdan çıxarılması.
Ermənistan hakimiyyəti Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç keçid məntəqəsinin yaradılmasını tələb edir. Azərbaycan tərəfi bu variantı “qeyri-real” adlandırır.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda son müharibə 2020-ci il sentyabrın 27-də başlayıb və noyabrın 10-da Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması ilə başa çatıb. Müharibədə 7000-ə yaxın əsgər və 170 mülki şəxs həlak olub, daha çoxu yaralanıb. Müqavilə nəticəsində Azərbaycan Dağlıq Qarabağın əvvəlki müharibədən bəri Ermənistan silahlı qüvvələrinin nəzarətində olan bir sıra ərazilərinə nəzarəti bərpa edib. 2022-ci ilin avqust və sentyabr aylarında da vəziyyət gərginləşib. Sentyabrın 13-də Ermənistanla Azərbaycan arasında yenidən başlayan silahlı münaqişə Ermənistan tərəfdən 207 nəfərin ölümü ilə nəticələnib. Onlarla qurbanlar da Azərbaycan tərəfində olub.