“Venesiya Komissiyasının rəyi, artıq qeyd etdiyim kimi, siyasi mesajlarla doludur, hüquqi və peşəkar əsaslandırmadan məhrumdur və bir sıra faktiki olaraq yanlış məlumatlar ehtiva edir”, - “Gürcü Arzusu” Venesiya Komissiyasının “agentlər haqqında” rus qanunu barədə tənqidi rəyinə belə münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim partiyanın ofisində keçirilən brifinqdə parlament çoxluğunun üzvü Salome Kurasbediani hətta deyib ki, “Venesiya Komissiyasına yazdırıblar ki, QHT və medianın şəffaflığı pis və qeyri-demokratikdir! Aydındır ki, bütün bunlar bu qurumun etibarını və onun xidmət etməli olduğu dəyərləri sarsıdır”.
“Gürcü Arzusu”na görə, Venesiya Komissiyasının rəyi bir daha təsdiqləyib ki, “şəffaflıq qanununa qarşı heç bir hüquqi və ya digər arqumentlər yoxdur”.
“Rəydə biz konkret qrupların radikallaşmasını bir daha ifşa edən bir çox əsassız və ziddiyyətli hüquqi arqumentlər, habelə faktların bir sıra kobud təhriflərinə rast gəlirik. Beləliklə, Venesiya Komissiyasının platformasından peşəkar mühakimə əvəzinə qərəzli siyasi mühakimələr üçün istifadə olunması məyusedicidir ki, bu da Venesiya Komissiyasının nüfuzuna dönə-dönə xələl gətirir.
Venesiya Komissiyası həmçinin bildirir ki, Gürcüstanın şəffaflıq haqqında qanunu Rusiya, Macarıstan və Qırğızıstan qanunları ilə oxşar cəhətləri ehtiva edir. Bununla belə, rəyin 38-ci bəndində bu məsələyə cəmi üç sətir həsr olunub və bununla bağlı hüquqi əsaslandırma rəydə təqdim olunmayıb və işlənib hazırlanmayıb. Bu cür manipulyasiya və arqumentsiz yanaşma ilə komissiya Gürcüstan qanununu ləkələməyə çalışır”, - Salome Kurasbediani bildirib.
Dünən, mayın 21-də Venesiya Komissiyası “agentlər” haqqında rus qanunu ilə bağlı təcili rəyini dərc edib. Venesiya Komissiyası hakimiyyəti ciddi şəkildə qanunu mövcud formada ləğv etməyə çağırır, çünki onun əsas qüsurları birləşmək hüququ və ifadə azadlığı, şəxsi toxunulmazlıq, ictimai fəaliyyətdə iştirak hüququ və ayrı-seçkiliyin qadağan edilməsi baxımından əhəmiyyətli mənfi nəticələrə gətirib çıxaracaq və açıq, məlumatlı ictimai müzakirələrə, plüralizmə və demokratiyaya mənfi təsir göstərəcək.