Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, Rusiyaya qarşı hər hansı məhdudiyyətin, o cümlədən viza rejiminin tətbiqi və uçuşların qadağan edilməsi eskalasiyaya gətirib çıxaracaq ki, bu da Rusiya ilə mümkün hərbi qarşıdurma riskini yaradacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Papuaşvilinin sözlərinə görə, gürcü xalqının Rusiya ilə birbaşa hərbi qarşıdurma və iqtisadi fəlakətlə qarşı-qarşıya qalmamasına “Gürcü Arzusu” cavabdehdir.
“Sərhədin bağlanması, hava məkanının bağlanması, Rusiya vətəndaşları üçün vizaların tətbiqini nəzərdə tutan bu məsələ keçən ilin mart ayında, müxalifət tərəfindən qaldırılmışdı.
İstənilən oxşar addım - istər vizaların tətbiqi, istər sərhədin bağlanması, istər uçuşların qadağan edilməsi - bunlar hamısı sanksiyalardır, bu da o deməkdir ki, ölkə Rusiya ilə eskalasiyaya gedir. Eskalasiya isə, nəticələrini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayan belə bir spirala girdiyimizi nəzərdə tutur. Müvafiq olaraq, bunun əksinə, siz sanksiyalar tətbiq edəndə, təbii ki, əks-sanksiyaların, bir növ cavab tədbirlərinin olacağı gözləniləndir ki, bu da nəticədə ölkəmizin təhlükəsizliyinə, iqtisadi rifahına təhdid olacağı anlamına gəlir.
Hər kəsə xatırlatmaq istərdim ki, Rusiya ordusu paytaxtdan 30 kilometr, Gürcüstanın qərbi ilə şərqini birləşdirən əsas magistral yoldan isə 500 metr aralıda yerləşir. Bu, ölkəmizin üzləşdiyi ən böyük hərbi riskdir. Bundan əlavə, Rusiyanın işğalçılıq siyasətindən ilhaq siyasətinə keçməsi də böyük təhlükədir. Ona görə də viza məhdudiyyəti, sərhədlərin bağlanması, uçuş qadağası, hava məkanının bağlanması və s. təklif edənlər, yəni Rusiyaya qarşı sanksiyaların tətbiqini təklif edənlər əslində bizə deyirlər ki, biz Rusiya ilə eskalasiyaya, yəni mümkün hərbi qarşıdurmaya girməliyik. Eyni zamanda, onu da demək əhəmiyyətlidir ki, bizə Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik deyənlər, heç kim, bizə nə təhlükəsizlik, nə də iqtisadi təhlükəsizlik zəmanəti vermir.
İstənilən sanksiyalar eskalasiya, eskalasiya isə digər şeylərlə yanaşı, mümkün hərbi qarşıdurma riski deməkdir. Biz vətəndaşlarımızı bu risklə qarşı-qarşıya qoymaq niyyətində deyilik. Bu bir də, ikincisi də - vətəndaşlarımız bu siyasəti dəstəkləyir və bölüşürlər. Bunu müxtəlif sorğular, eləcə də “Gürcü Arzusu”nun 2021-ci ilə nisbətdə daha çox səs topladığı son aralıq seçkiləri də təsdiqləyir”, - Papuaşvili bildirib.
Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa edildikdən sonra prezident Salome Zurabişvili Rusiya vətəndaşları üçün üç aylıq viza rejiminin tətbiq edilməsi məsələsinə baxılması üçün hökumətə müraciət edib. Eyni zamanda, Avropa İttifaqı Gürcüstan hakimiyyətini Rusiyaya aviasiya sahəsində tətbiq edilən sanksiyalara qoşulmağa çağırır. Aİ nümayəndəsi Piter Stano bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Aİ və beynəlxalq tərəfdaşlar Rusiyaya, Rusiyadan və ya Rusiya üzərindən uçuşları qadağan edir.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Rusiya ilə birbaşa hava əlaqəsinin bərpasını təqdir edir. Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqının siyasətinə tabe olması üçün ona üzv ölkə olmalıdır.
Gürcüstanla təxminən 4 il əvvəl dayandırılmış hava əlaqəsinin bərpası haqqında fərmanı Vladimir Putin 2023-cü il, mayın 10-da verib. Putin Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimini ləğv edib.