Xabeişvili: Nurmagomedovla görüş zonderlərin gətirilməsi ilə bağlı idi?

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Müxalif “Vahid Milli Hərəkat” partiyasının keçmiş sədri, parlamentin deputatı Levan Xabeişvilinin sözlərinə görə, “Gürcü Arzusu” oktyabrın 26-da keçiriləcək seçkilər üçün Çeçenistan lideri Ramzan Kadırova yaxın 300-500 “əzələli adam” gətirməyi planlaşdırır.

Xabeişvilinin dediyi kimi, ola bilsin ki, bu məsələni baş nazir İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze Almaniyada keçmiş “UFC” çempionu Xabib Nurmagomedovla görüşdə müzakirə ediblər.

“Məndə olan məlumata görə, başqa ölkələrdən 300-500 əzələli adam səfərbər olunacaq, sonra onlar seçki məntəqələrində müxalifətçiləri əzişdirəcəklər. Kaladze və Kobaxidzedən soruşun ki, onların bu görüşü zonderlərin ölkəyə gətirilməsi ilə bağlı idimi? Onlar bizə nə danışdıqlarını desinlər, əgər geosiyasətdən danışmayacaqlarını bilirik”, - Xabeişvili bildirib.

İyunun 30-da Nurmagomedov Almaniyanın Köln şəhərində olub və burada Avropa çempionatında Gürcüstan və İspaniya arasında keçirilən oyunu izləyib. Dağıstanlı idmançı Gürcüstanın baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin oğlu Tsotne İvanişvili ilə də görüşüb. Onların kafedə çəkilmiş birgə fotolarını Nurmagomedov özü sosial şəbəkədə paylaşıb. Tənqidlərə baxmayaraq, Kobaxidze və Kaladze görüş barədə izahat verməyiblər.

“Gürcü Arzusu”nun deputatı, parlamentin vitse-spikeri Qia Volski Levan Xabeişvilinin bugünkü bəyanatına münasibət bildirib. Onun fikrincə, müxalif siyasətçi yalan danışır və o, “qavrayışlar yaratmaq” istəyir.

“Xabeişvilinin dedikləri ağla yaxın deyil. Yalan danışır, amma çox məhdud ağlı ilə yalan danışır və danışığının reallıqla bağlı olmadığını hamı çox gözəl bilir. Onun tərəfdarları da daxil olmaqla, ictimaiyyətin buna inanacağını düşünmürəm”, - deyə Volski bildirib.

Xabib Nurmagomedov “UFC”nin ən titullu döyüşçülərindən biridir. O, karyerasını 2020-ci ilin payızında başa vurub. “UFC”də döyüş zamanı Nurmagomedova həm Çeçenistan lideri Ramzan Kadırov, həm də Rusiya prezidenti Vladimir Putin azarkeşlik edirdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur