Gürcüstan Xalq Müdafiəçisi Dmanisi Bələdiyyəsinin Meriyası və Şəhər Şurası tərəfindən etnik mənsubiyyət zəminində mümkün ayrı-seçkilik faktını öyrənməyə başlayıb. Xalq Müdafiəçisinə ayrı-seçkiliyin müəyyən edilməsi tələbi ilə “Vətəndaş Fəaliyyətləri Mərkəzi” müraciət edib. Mövzu etnik azərbaycanlıların yaşadığı kəndlərdə məktəbəqədər təhsilin olmaması ilə əlaqəlidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dmanisi bələdiyyəsinin 57 kəndindən yalnız yeddisində uşaq bağçası var. Rayon əhalisinin 65 faizini etnik azərbaycanlılar təşkil edir. Etnik gürcülərin yaşadığı kəndlərdən fərqli olaraq, azlıqların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur.
2014-2016-cı illərdə hökumətin, məsələn, Hamamlı icmasında uşaq bağçasının açılacağına dair çoxsaylı vədlər olmuşdu, belə ki, etnik gürcülərin məskunlaşdığı kəndlər olan Bosli və Sarkinetidə məktəbəqədər təhsil müəssisəsi tikildi (2016-2017-ci il).
2022-ci ilin dekabrında Dmanisi Bələdiyyə Şurası Hamamlı icmasının sakinlərinin kənddə uşaq bağçası açmaq və onun fəaliyyətini təmin etmək tələbi ilə petisya müraciətlərini məqsədə uyğun hesab etməyərək təmin etmədi. “Vətəndaş Fəaliyyətləri Mərkəzi”nin dəstəyi ilə Şəhər Şurasının bu qərarı Bolnisi Rayon Məhkəməsinə şikayət edilib. Məhkəmə iddianı qəbul etdi, iclas aprelin 5-də keçiriləcək.
Məktəbəqədər təhsil hüququ Konstitusiya ilə təmin edilir. Qanunvericilik yerli hökumətləri müvafiq yaşda olan hər bir uşağı məktəbəqədər təhsillə təmin etməklə öhdələndirir. Bu baxımdan yüksək dağlıq ərazilərdə və etnik azlıqların məskunlaşdığı rayonlarda vəziyyət kritik dərəcədə çətin və qeyri-bərabərdir.
Dmanis Kvemo Kartlidə uşaqların erkən inkişaf, qayğı və məktəbəqədər təhsilə çıxışı olmayan yeganə bələdiyyə deyil.
Hətta Bolnisi rayonunda 48 kənddən cəmi beşində uşaq bağçası var. Rayon əhalisinin 63 faizini etnik azərbaycanlılar təşkil edir. Azlıqların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur.
Kaxetidə Saqareco Bələdiyyəsində 29 uşaq bağçası var. Etnik azərbaycanlıların məskunlaşdığı kəndlər istisna olmaqla, demək olar ki, hər bir kənddə məktəbəqədər təhsil müəssisəsi var. Rayon əhalisinin 33%-nin (17 min nəfərə qədər) yaşadığı Yormuqanlo icmasında cəmi bir uşaq bağçası fəaliyyət göstərir və burada 30 uşaq yerləşə bilir. Rayon əhalisinin 33 %-nin (17 min nəfərə qədər) yaşadığı Yormuğanlı icmasında cəmi bir uşaq bağçası fəaliyyət göstərir və burada 30 uşaq yerləşə bilir.
Tsalka bələdiyyəsinin 43 kəndindən yalnız altısında uşaq bağçası var. Əhalinin təxminən 53 %-ni etnik azlıqlar təşkil edir. Onların 39 %-i ermənilər haradasa 7 %-i azərbaycanlı və bir o qədər də yunanlardır. Ermənilərin və yunanların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur. Məktəbəqədərki təhsil yalnız ermənilərin yaşadığı yeganə kənd olan Qızılkilisədə mövcuddur.
Etnik azlıqların yaşadığı kəndlərdə uşaq bağçalarının olmaması uşaqların dövlət dilini - gürcü dilini öyrənməsinə, düzgün əqli və sosial inkişafına, valideynlərin işlə təmin olunmasına maneçilik yaradır.
2014-cü il mayın 2-də Gürcüstan parlamenti “Ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” qanun qəbul edib. Qanunla Gürcüstanın Xalq Müdafiəçisi ümumi məhkəmələrlə birlikdə bərabərlik hüququnun müdafiəsinin hüquqi mexanizmi kimi müəyyən edilib. İctimai həyatın istənilən sahəsində, hər hansı qorunan əsasda (irq, dəri rəngi, dil, cins, yaş, milliyyət, mənşə, doğulduğu bölgə, yaşayış yeri, əmlak və ya rütbə, din və ya inanc, milli, etnik və ya sosial mənsubiyyət, məşğuliyyət, ailə vəziyyəti, sağlamlıq vəziyyəti, əlillik, cinsi oriyentasiya, cinsi kimliyi, ifadə, siyasi və ya digər növ görüş üzrə) ayrı-seçkiliyə, məruz qaldıqlarını düşünən insanlar, dövlət qurumlarına, hüquqi və ya fiziki şəxslərə qarşı məhkəmədə və ya xalq müdafiəçisi qarşısında iddia qaldırmaq imkanı var.
Məktəbəqədər təhsilə əlçatanlığının təşviqi üçün təbliğat kampaniyası “USAİD”in Vətəndaş Cəmiyyətinə İştirak Proqramının dəstəyi ilə “Vətəndaş Fəaliyyətləri Mərkəzi” tərəfindən həyata keçirilir. Kampaniya çərçivəsində “Vətəndaş Fəaliyyətləri Mərkəzi” 32 bələdiyyənin vəziyyətini öyrənib. Mərkəzin dəstəyi ilə Tsalka, Bolnisi, Dmanisi, Axalkalaki, Borjomi, Aspindze, Tkibuli, Saçxeri, Tsageri, Saqareco Şəhər Şuralarına 16 petisya verilib. İki petisyaya rədd cavabı məhkəməyə şikayət edilib. Əhalinin məktəbəqədər təhsilin əhəmiyyəti və problemin həlli yolları barədə məlumatlılığını artırmaq məqsədilə yanvar ayında “Vətəndaş Fəaliyyəti Mərkəzi” mərkəzi və regional radiostansiyalarda Gürcü, Erməni və Azərbaycan dillərində audio çarxlar yerləşdirmişdir.