Xalq Müdafiəçisi parlamenti rus qanununu “bu formada” qəbul etməkdən imtina etməyə çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani rus qanununun üçüncü, yekun oxunuşu ilə eyni vaxtda bəyanat yayıb və parlamenti qanunu “bu formada” qəbul etməkdən imtina etməyə çağırıb.

Xalq Müdafiəçisi bir daha izah edir ki, əgər məqsəd Gürcüstan üçün nəzərdə tutulan xarici yardım axınının şəffaflığını və qəbul edən təşkilatların hesabatlılığını artırmaqdırsa, təqdim olunan qanun layihəsində və ya mövcud qanunvericilikdə dəyişiklik etməklə qeyd olunan məqsədə nail olmaq olar.

Xalq Müdafiəçisi vurğulayır ki, Gürcüstan parlamentinin qəbul etdiyi bütün qanunlar Gürcüstanın Avropa istəklərinə uyğun olmalı, tərəfdaşlarla münasibətlərə və ölkəmizin Avropaya inteqrasiya prosesinə xələl gətirməməlidir.

“Həm qanun layihəsinin adı, həm də layihədəki bir sıra qeydlər problemlidir ki, bu da qanunun hədəf subyektinin ləyaqətinə xələl gətirə bilər. Bundan əlavə, layihə vətəndaşlar haqqında olduqca böyük həcmdə fərdi məlumatların toplanması və ictimailəşdirilməsi riski daşıyır ki, bu da şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına zəmin yaradır.

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi vətəndaşlarımızın az qala bir aya yaxındır etirazı fonunda keçirilir.

Bütün yuxarıda sadalanlara əsaslanaraq, Gürcüstanın Xalq Müdafiəçisi bir daha Gürcüstan parlamentini şəffaflıq məqsədinə təqdim olunan qanun layihəsinə və ya mövcud qanunvericiliyə dəyişikliklər etməklə nail olmağa və Gürcüstanın “xarici təsirlərin şəffaflığı” qanununun bu formada qəbulundan imtina etməyə çağırır”, - Xalq Müdafiəçisinin bəyanatında deyilir.

Çoxminlik davamlı etirazlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, “Gürcü Arzusu” bugünkü plenar iclasda rus qanununu təsdiqləməyə qərar verib.

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, mayın 14-dən 28-dək olan müddətdə prezidentin veto qoyması proseduru çərçivəsində qanunla bağlı mövqeləri uzlaşdırmaq olar.

“Biz bilirik ki, veto qeydlərini Salome Zurabişvilinin özü yazmır. Ya ona “Engeolar” yazır, ya da xarıcdən yazırlar. Ona görə də bu rıçaqdan yenidən istifadə edə bilərik. Bu qanun layihəsi ilə bağlı mövqelərimizi uzlaşdırmaq üçün veto prosedurundan istifadə etmək olar. Burada, artıq tərəfdaşlarımız konkret iradlar təqdim etməyə və prezidentin vetosunda əks etdirməyə məcbur olacaqlar”, - Kobaxidze bildirib.

Salome Zurabişvili İrakli Kobaxidzeyə cavab verib ki, qanun rus tiplidir və rus tipli olaraq qalacaq. “Bu qanunu gözəlləşdirmək üçün bu oyuna girəcəyimə inanmayın”, Zurabişvili deyib.

Parlament və qeyri-parlament müxalifət partiyaları da “bu qanun təkmilləşdirməyə tabe deyil və qeyd-şərtsiz geri götürülməlidir” deyiblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur