Xalq Müdafiəçisinin yaratdığı həkim-ekspert qrupunun üzvləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini qiymətləndirmək üçün “Vivamed” klinikasında olublar. Nevroloq Tengiz Tsuladze deyir ki, xəstənin somatik vəziyyəti yaxşılaşıb - onun çəkisi 77 kiloqrama qədər artıb, baxmayaraq ki, psixo-nevroloji vəziyyəti dəyişməz qalır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vəziyyəti somatik olaraq yaxşılaşıb, psixoloji vəziyyəti eyni olaraq qalır, nevroloji vəziyyəti də. Bu o deməkdir ki, o, bir az kökəlib, artıq 77 kilodur. Onun həyati funksiyalarının təhdid altında olmaması vacibdir. Təbii ki, bunun stabilləşməsində “Vivamed” klinikasının əməkdaşlarının böyük rolu olub, ancaq nevroloji vəziyyətə gəldikdə, o, əvvəlki kimi qalır. Əvvəlcə aldığı zərər olduqca güclü görünür. Nevroloji vəziyyət çox tez yaxşılaşmır. Psixoloji vəziyyəti də eyni qalır. O, hələ də narahatlıq, panik atak və depressiya keçirir. Biz xəstəni yenə psixoloji cəhətdən qeyri-sabit hesab edirik. Bu əsasda müalicə olunur, lakin görünür, bu müalicəyə qarşı müqavimətlidir”, - Tengiz Tsuladze deyib və qeyd edib ki, Mixeil Saakaşvilinin daima psixoloji müdaxiləyə, o cümlədən psixoterapiyaya ehtiyacı var, “indiki vəziyyətdə bu, mümkün deyil”.
Xalq Müdafiəçisinin yaratdığı Konsilium Mixeil Saakaşvilini həbsxanaya qaytarmağı tövsiyə etmir. Klinikadan çıxma şəklində həbsxanaya qayıtmaq, müalicə edən həkim və ya xəstənin sağlamlığına nəzarət edən tibbi heyət tərəfindən qərar verilir və buna biz qərar vermirik. Əgər müalicə edən həkim qərar verərsə, çıxarılmalıdır, qərar verməsə - yox. Müalicə edən həkimlə danışdıq və ona fikrimi bildirdim.
İnanıram ki, o, psixoloji cəhətdən qeyri-stabildir və əgər xəstəxanadan buraxılsa, həftələr olmasa da, günlər ərzində vəziyyəti əvvəlki halına qayıdacaq. Bu, bizim mandatımız deyil, bizim fikrimizdir. Mən onun müalicə edən həkimi olsaydım, bu məqamda yeri dəyişməzdim. Bildiyim qədərilə, müalicə edən həkim də belə düşünür”, - Tengiz Tsuladze "Mtavari Arxi"nin efirində deyib.
Həkimlər qrupu hesabatı yaxın vaxtlarda dərc edəcək. Mixeil Saakaşvili vaxtaşırı məhkəmə iclaslarına palatadan distant olraraq iştirak edir. Son proseslərdən birindən sonra Qiorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası hakimiyyətə müraciət edərək Saakaşvilinin həbsxanaya qayıtmasını tələb edib.
Mixeil Saakaşvili deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.Üçüncü prezident həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkdə və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 lari mənimsəməkdə - “gödəkçələr” adlanan işlər üzrə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır və siyasi təqiblərə məruz qaldığını, Putinin məhbusu olduğunu deyir.
Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs edilib. Səhhəti pisləşdiyi üçün 2022-ci il mayın 12-dən Xüsusi Penitensiar Xidmətin podratçısı olan “Vivamed” klinikasına yerləşdirilib. Ədliyyə naziri Rati Breqadze izah edib ki, Saakaşvilini cəzaçəkmə müəssisəsinə qaytarmaq üçün həkimlərin müvafiq tövsiyəsi lazımdır.