Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi Dövlət Təhlükəsizlik Xidmətinin və Gürcüstan hökumətinin birinci şəxslərinin USAİD ilə bağlı bəyanatlarına münasibət bildirib. Səfirlik bildirir ki, haqsız hücumlara baxmayaraq, insanlara Gürcüstan Konstitusiyası ilə təminat verilən fundamental hüquqlarını qorumağa kömək edən gürcü təşkilatlarını dəstəkləməyə davam edəcəklər.
Əsas xəbərlər

“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir

Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Layihələrimizdən birinə qarşı irəli sürülən ittihamlar yalandır və Gürcüstana yardımımızın məqsədlərini kökündən təhrif edir.
USAID 1992-ci ildən Gürcüstan əhalisinə dəstək verir. Həmişə olduğu kimi, bu dəstək şəffafdır və biz Hökumətin hər hansı narahatlığını müzakirə etmək üçün istənilən fürsəti alqışlayırıq.
Vətəndaşların öz fikirlərini və istəklərini sərbəst ifadə etmək hüququ istənilən demokratiyanın təməlidir və bizim hər iki ölkənin paylaşdığı dəyərdir”, - Bu barədə səfirliyin bəyanatında deyilir.
Səfirlik təsdiq edir ki, “USAID”in Vətəndaş Cəmiyyətinin İştirakı Proqramı iki ildən artıqdır ki, “CANVAS” ilə işləyir ki, insanlara ailələri və icmaları üçün vacib olan məsələlərdə öz səslərini ucaltmalarına kömək etsinlər.
“CANVAS ilə əməkdaşlıq çərçivəsində uşaqların onkoloji xəstəliklərinin müalicəsinin təkmilləşdirilməsini tələb edən analar və ahılların hüquqlarını müdafiə edən şəxslər üçün treninqlər keçirilib”, - bəyanatda qeyd edilir.
Oktyabrın 2-də Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə DTX-nın nümayəndəsi Xviça Beqiaşvili deyib ki, qeyri-hökumət təşkilatlarının və vətəndaş fəallarının ən böyük qruplarından biri, hansı ki, hakimiyyətin zorakılıqla devrilməsi proseslərinin hazırlanmasında və həyata keçirilməsində həlledici rol oynamalıdırlar, “USAID”in maliyyəsi ilə yenidən hazırlıq keçiblər. Bundan sonra Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili iğtişaşların təlqinini maliyyələşdirməkdə “USAID”i ittiham edib.
Vətəndaş Cəmiyyətinin İştirak Proqramı USAID tərəfindən maliyyələşdirilən Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən maliyyələşdirilən beşillik təşəbbüsdür. Büdcəsi 15 milyon ABŞ dolları olan proqram 2021-ci ilin noyabrında başlayıb və 31 oktyabr 2026-cı ildə başa çatacaq. Proqramın məqsədi Gürcüstanın vətəndaş cəmiyyətini gücləndirməkdir: Vətəndaşların maraqlarını effektiv şəkildə təmsil etmək üçün potensialın, qanuniliyin və etimadın yaradılmasında yeni və mövcud vətəndaş aktyorlarına kömək etmək.
Şərq-Qərb İdarəetmə İnstitutunun saytında açıq şəkildə dərc olunur ki, proqramın icrası prosesində müxtəlif beynəlxalq və yerli təşkilatlar, o cümlədən CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) EWMI ilə sıx əməkdaşlıq edəcək.
DTX CANVAS nümayəndələrini Gürcüstanda dövlət çevrilişi üçün qrupların hazırlanması ilə əlaqələndirir.
