“Gürcü arzusu” partiyasını formal olaraq tərk edərək “Xalqın Gücü” hərəkatını yaradan parlament çoxluğunun üzvləri parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təşəbbüskarı olacaqlar. Qanun layihəsi xarici maliyyə ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına və KİV-lərə aid edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanun layihəsinə əsasən xarici təsirin şəffaflığını təmin etmək məqsədi ilə xarici təsir agentlərinin reyestri yaradılacaq ki, gəlirlərinin 20 %-dən çoxu “xarici qüvvələr” tərəfindən maliyyələşdirilən həmin qeyri-sahibkar hüquqi şəxslər və KİV-lər qeydiyyata alınacaq.
“Hesab edirik ki, aşkarlıq və şəffaflıq prinsipləri əsasında dövlətdə qərar qəbul edən siyasətçilərin nəinki gəlir mənbələri ictimaiyyətə məlum olmalıdır, həm də məqsədi ictimai qərarlara təsir etmək olan və ictimai rəyin formalaşmasında iştirak edən və ya qanun və ya qərarların qəbulu zamanı qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən aparılan müzakirələrdə fəal iştirak edən bu kimi subyektlərin (QHT və KİV) gəlir mənbələri də şəffaf olmalıdır”, - “Xalqın Gücü” hərəkatının liderlərindən biri Quram Maçaraşvili bu gün komanda yoldaşları ilə birlikdə keçirdikləri brifinqdə bildirib.
Qanun layihəsinə əsasən Milli Dövlət Reyestri Agentliyi qeyri-hökumət və media qurumlarını xarici təsir agenti kimi qeydiyyata alacaq. Qeydiyyatdan yayınan subyektlərə qarşı inzibati cərimələr tətbiq olunacaq. Cərimənin ödənilməsi subyekti xarici təsir agenti kimi qeydiyyatdan keçmək öhdəliyindən azad etməyəcək.
Parlament çoxluğu üzvlərinin fikrincə, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi demokratik ölkələrin qabaqcıl təcrübələrini özündə ehtiva edir və əsasən Amerika Birləşmiş Ştatlarında qüvvədə olan müvafiq qanunvericiliyə əsasən hazırlanıb.
1938-ci ildə ABŞ-da qəbul edilmiş "Xarici Agentlərin Qeydiyyatı Aktı" (Foreign Agent Registration Act -FARA) İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da xarici təbliğatın qarşısını almaq məqsədi daşıyırdı. Daha sonra qanunda dəyişiklik edilib və onun əhatə dairəsi daraldılıb. Bu gün FARA ilk növbədə xarici lobbi təşkilatlarına və lobbiçilərə aiddir.
“Xarici agentlər” haqqında qanun 2012-ci ildən Rusiyada da mövcuddur. 2022-ci ilə qədər “xarici agent” anlayışı o qədər genişləndi ki, onu demək olar ki, istənilən fiziki və ya hüquqi şəxsə şamil etmək olar. Rusiyada “xarici agent” elan edilən şəxslərə yetkinlik yaşına çatmayanlarla bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olmaq və onlar üçün informasiya məhsulları istehsal etmək, kütləvi tədbirlər təşkil etmək və ya təşkilatçılarına pul köçürmək qadağandır. “Xarici agentlərin” ictimai xidmətdə və dövlət orqanları yanında ictimai şuralarda işləməsi, seçki komissiyalarında və seçki kampaniyalarında iştirakı, hüquqi aktların və onların layihələrinin müstəqil antikorrupsiya ekspertizasının aparması da qadağandır.