Xilasedicilər Xaraqauli bələdiyyəsinin Marelis kəndində dəmir yolu relslərinə çökmüş torpaq kütləsinin altında qalmış kişinin meyitini tapıblar. Ölən şəxs 77 yaşlı təqaüdçü Yuri Kurdadzedir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yerli əhalinin dediyinə görə, Yuri Kurdadze mal axtararkən qəfil sürüşmə baş verib.
“Düşünürəm ki, gələcəkdə belə faktlara yol verməmək üçün, belə sürüşmə zonalarının ola biləcəyi yerlərin diqqətlə öyrənilməsinə daha çox diqqət yetirilməlidir”, - Xaraqaulinin bələdiyyə rəisi Koba Lursmanaşvili bildirib.
Fövqəladə Halların İdarə Olunması Xidmətindən verilən məlumata görə, onlar torpaq kütləsinin altında qalan şəxsi dron və xilasedici itin köməyi ilə axtarıblar.
İyulun 1-də Marelisdə dəmir yolu yaxınlığında torpaq sürüşməsi baş verib, nəticədə dəmir yolu hərəkəti dayandırılıb. Gürcüstan Dəmir Yolları, iyulun 2 və 3-ə olan reyslərin bir hissəsini də ləğv edib. Şirkətdən bildirilib ki, hazırda Marelisi stansiyası yaxınlığındakı relslər tamamilə təmizlənib və əlaqə şəbəkəsi bərpa olunub. Bu gün, iyulun 3-ü saat 17:00-dan etibarən qatarların hərəkətinin bərpası planlaşdırılır.