Bütün gürcülərin, hansı ki, qayıtmaq, Gürcüstan vətəndaşlığını bərpa etmək istəyi var və ya olmadığına görə vətəndaşlıq verək ki, onun qayıtmaq hüququ var - Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Diaspor Gününə həsr olunmuş forumda deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Zurabişvilinin sözlərinə görə, Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin komissiyası qanunun icrasına mane olur.
“Komissiyanın işi bu cür davam edə bilməz. Bizim qanunvericiliyimizdə ikili vətəndaşlıq olmasına nail olmuşuq, amma belə olmamalıdır, təcrübə bu qanunvericiliyin həyata keçirilməsinə mane olur. Kiməsə niyə vətəndaşlıq verməməyimizin səbəblərini uydurmamalıyıq - o, çoxdandır ölkəyə gəlmir, ölkə ilə müəyyən əlaqəsi yoxdur. Bütün gürcülərin, hansı ki, qayıtmaq, Gürcüstan vətəndaşlığını bərpa etmək istəyi var və ya olmadığına görə vətəndaşlıq verək ki, onun qayıtmaq hüququ var. Onun ölkəyə gəlib-gəlməməsi, neçə dəfə gəlib-gəlməməsi, burada hər hansı mülkü olub-olmamasının fərqi yoxdur. Qanunvericilikdə yazılmayıbmı ki, bu meyarlardan istifadə olunmalıdır, komissiyada hansısa məmur niyə uydurur ki, hansısa əlavə kriteriyalar nədən ibarət olmalıdır?!
Mən hesab edirəm və komissiyadakı nümayəndələrim də buna sona qədər əməl edirlər ki, bütün gürcülərin və onların uşaqlarının Gürcüstan vətəndaşlığını bərpa etmək hüququ var. Təəssüf ki, hansısa testlər var ki…
Üç ildir ki, Ədliyyə Nazirliyi ilə bitib-tükənməyən danışıqlar aparırıq, sadələşdirək - xaricdə doğulmuş adamdan Şuşanikin anası olduğunu soruşmayın. Sabah bu adamların gürcü olması bizi maraqlandırmır?! Sabah onların arasında Demna Qvasaliya, Kvaratsxeliya doğulacaq, sonra biz deyəcəyik - a, belə çıxır ki, o, gürcüdür.
İndi onlara əlimizi uzatmalıyıq kiç - gəlin gürcü olun. Alman, ingilis, amerikalı, rusç nə istəsən, ol, amma eyni zamanda gürcü ol, çünki bizimlə olan bu bağ bizim üçün, ölkə üçün, dövlət üçün çox qiymətli və çox lazımdır. Odur ki, uçuşlar haqqında düşünməkdənsə, vətəndaşlıq vermək barədə düşünək. Bu, onların ilk xahişidir.
Budur, məndə mayın 15-dən indiyə kimi siyahı var ki, komissiya Rusiyadan vətəndaşlıq almaq üçün müraciətləri qəbul edib. Harada təhlükəsizlik məsələsi varsa, orda nümayəndəm səs vermir, amma təhlükəsizlik məsələsi yoxdursa, deyək, hərbi vəzifə ilə bağlı və ya təhlükəsizlik baxımından. Onlara - yox, qalanlarına - hamısına, çünki onlar bizim övladlarımızdır, harada yaşayırlarsa yaşasınlar, Rusiyada yaşayıb gələ bilməmələri, Amerikada yaşayıb gələ bilməmələri marqlı deyil. Əsas odur ki, bu ölkənin bu insanları itirməyə haqqı yoxdur. Yeri gəlmişkən, heç bir ölkənin bunu etməyə ixtiyarı yoxdur, amma kiçik bir ölkə üçün bu daha vacibdir.
Orada hansısa rəqslərə, oyunlara pul göndəririksə, bu, diasporu qorumaq, diaspora yardım etmək deyil. Yardım onları bizimkilər hesab etməkdir.
İsrail buna misaldır - əgər şəxs yəhudi mənşəli olduğunu iddia edərsə, vətəndaşlıq avtomatik olaraq qaytarılır. Biz nədən narahatıq, nədən qorxuruq?! Bilmirəm, biz hər şeydən qorxuruq, başqa... özümüzdən niyə qorxaq”, - Zurabişvili deyib.
Prezident qeyd edib ki, gürcü diasporunu təmsil edənlərin sayını hesablamaq çətindir:
“Rusiyada bir milyonun olduğu deyilirdi. Rusiyada bir milyon adam yoxdur, biz bunu çox yaxşı bilirik. Yarım milyona yaxın var, yarı gürcü yarı rusdur, amma saymaq çox çətindir.
Dünyanın qalan hissəsində də çətindir, çünki qeyri-qanunilər heç yerdə sayılmır, amma yəqin ki, bir milyona yaxındır. Onlarla bütün əlaqələri saxlamaq, vətəndaşlarımızı, həmvətənlərimizi itirməmək dövlətimiz üçün çox böyük çətinlikdir”.
Onun sözlərinə görə, diaspor nümayəndələrində ölkədə gedən proseslərdə iştirak hissi yaranmalıdır. Bunun üçün Salome Zurabişvilinin sözlərinə görə, diaspor nümayəndələrinin parlamentə daxil olması və xaricdə yaşayan vətəndaşların seçkilərdə iştirak etmək imkanı olması lazımdır.
Prezident Gürcüstan qarşısında xüsusi xidmətləri olan və ya vətəndaşlığın verilməsi dövlətin maraqlarından irəli gələn başqa ölkənin vətəndaşına müstəsna qaydada Gürcüstan vətəndaşlığını vermək hüququna malikdir. Dövlət maraqları qiymətləndirilərkən nəzərə alınan hallardan biri də odur ki, başqa ölkənin vətəndaşı Gürcüstanı öz vətəni hesab edir, onun və ya əcdadının isə müxtəlif dövrlərdə siyasi fikrinə və ya ağır sosial-iqtisadi vəziyyətə görə mühacirətə getmiş şəxs olmasıdır.
Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin Komissiyası maraqlanan şəxsin müəyyən edilmiş tələblərə uyğunluğu barədə rəy hazırlayır. Komissiyanın 6 üzvündən ikisi agentliyi, ikisi Dövlət Təhlükəsizliyi Xidmətini, ikisi isə Prezident Administrasiyasını təmsil edir.
Müstəsna qaydada vətəndaşlıq almaq üçün şəxs müəyyən edilmiş həddə Gürcüstanın dövlət dilini, Gürcüstan tarixini və hüququn əsas prinsiplərini bilməlidir. Agentlik komissiyanın rəyini yekun qərar qəbul edilməsi üçün prezidentə göndərir. Prezidentin qərarından şikayət verilmir. Vətəndaşlıq üçün bir ildən sonra yenidən müraciət etmək mümkündür.