Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, hökumətin bugünkü iclasında Gürcüstan vətəndaşlığı haqqında üzvi qanuna əlavə edilməli olan xaricdə yaşayan həmvətənlilərin Gürcüstan vətəndaşlığı almasını asanlaşdıracaq dəyişikliklər müzakirə edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bildiyiniz kimi, Gürcüstan Konstitusiyasına əsasən, dövlət xaricdə yaşayan həmvətənlilərlə əlaqələrin saxlanması və inkişafı qayğısına qalır. Məhz buna görə də bizim tərəfimizdən belə bir qərar qəbul edildi ki, dövlət Gürcüstan vətəndaşlığını almağa qərar verən xaricdə yaşayan həmvətənlilərimizə bu prosedurları mümkün qədər sadələşdirmək üçün, sözsüz ki, ağlabatan hədlər çərçivəsində, mümkün olan hər şeyi etməlidir.
Gürcüstan vətəndaşlığını almaq istəyən şəxs Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə vətəndaşlıq üçün müraciət etməzdən əvvəl müvafiq testdən keçməlidir və qeyri-qənaətbəxş nəticələr olduğu halda agentlik vətəndaşlığın verilməsi ilə bağlı rəsmi prosedurlara artıq başlamayacaq, bununla da vaxta və vəsaitə qənaət ediləcək.
İkinci dəyişiklik imtahandan kəsildiyi təqdirdə şəxsin məhdudiyyətsiz yenidən imtahan vermək hüququna malik olacağı barədədir. Əgər şəxs müsbət nəticə göstərsə, o bir il ərzində qüvvdə qalacaq.
Bununla yanaşı, Gürcüstan vətəndaşlığını almaq üçün ərizə ilə bağlı yekun mənfi qərar alındıqda, vətəndaşlığın verilməsi prosedurunun yenidən başlanması müddəti bir ildən altı aya endirilir ki, bu da Gürcüstan vətəndaşlığı almaq istəyənlər üçün böyük güzəşt olacaq.
Həmçinin dördüncü dəyişiklik Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qarşısında öhdəliyimizlə bağlıdır, ona əsasən vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq almaq üçün Gürcüstanda 10 illik yaşama müddəti 5 ilə endiriləcək”, - deyə ədliyyə naziri bildirib.