Xarici İşlər Naziri İlia Darçiaşvili Avropa İttifaqının Gürcüstanın Müdafiə Qüvvələrinə 30 milyon avroluq yardımı dondurmaq qərarını anlaşılmaz adlandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu cür maliyyə yardımları ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinə və ölkənin təhlükələrdən yayınmalı olduğu imkanların inkişafına xidmət edirdi və xidmət edir. Bizim üçün bu tip mikro qərarları anlaşılmazdır, çünki təhlükəsizlik baxımından mövcud olan çətinliklər, o cümlədən işğal ilə əlaqəli çətinliklər heç bir yerə getməyib. Gürcüstan öz müdafiə qabiliyyətini daha da gücləndirməlidir ki, biz təhdidlərlə daha yaxşı mübarizə apara bilək. Ona görə də biz ümid edirik ki, oxşar qərarlar çox tezliklə öz köhnə səviyyəsinə qayıdacaq və biz bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcəyik”, - deyə Darçiaşvili bildirib.
Xarici İşlər Naziri qeyd edib ki, Gürcüstanla Avropa İttifaqı arasında əməkdaşlıq Assosiasiya Sazişinə əsaslanır və hər kəs öz üzərinə öhdəlik götürüb.
“Biz bu öhdəlikləri ardıcıllıqla, məntiqlə yerinə yetiririk və mən Aİ səfirinin verdiyi bu qədər sərt qiymətləndirmədən istifadə etməzdim. Düşünürəm ki, bunlar mikro səviyyədə qəbul edilən qərarlardır və heç bir halda Gürcüstanın Avropaya inteqrasiya istiqamətində səylərinə mane olmayacaq”, - İlia Darçiaşvili bildirib.
Avropa İttifaqının səfiri Pavel Herçinski bildirib ki, Avropa İttifaqı Avropa Sülh Fondundan Gürcüstana 30 milyon avro vəsaitin verilməsini dayandırıb və “vəziyyətin pisləşəcəyi” təqdirdə digər tədbirlərin görülməsinə də baxılacaq. Eyni zamanda, Herçinski qeyd edib ki, bu gün Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb.
“Aylar ərzində biz aydın siqnal verdik ki, qanun [rus qanunu nəzərdə tutulur – red.] qəbul olunsa, bunun nəticələri olacaq. Qanun qəbul olundu və nəticənin vaxtı gəldi. İndi Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər ən yüksək səviyyədə olmalıdır, əvəzində isə ən aşağı səviyyədədir.
“Mən yalnız ümid edə bilərəm ki, oktyabrın 26-da gürcü xalqı düzgün seçim edəcək və qalib kimin olmasından asılı olmayaraq, növbəti hökumət Avropa İttifaqı ilə münasibətləri yeniləyəcək”, - Herçinskii bildirib.
Amerika Birləşmiş Ştatları da Gürcüstanla münasibətlərin nəzərdən keçirməyə başlayıb, onun çərçivəsində iyulun 5-də Müdafiə Nazirliyi Gürcüstanda keçiriləcək “Layiqli Tərəfdaş 2024” hərbi təlimini qeyri-müəyyən müddətə təxirə salıb. Pentaqonun izahatına görə, “qərar Gürcüstan hökumətinin ABŞ və digər Qərb subyektlərinə qarşı Ukraynaya təzyiqləri azaltmaq üçün Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur etmək, habelə hakim partiyaya qarşı iki çevriliş cəhdində iştirak etmək barədə yalan ittihamları ilə bağlıdır”.