Azərbaycan mətbuatı diplomatik mənbələrə əsaslanaraq yazır ki, “3+3” formatı çərçivəsində oktyabrın 23-də, Tehranda Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“3+3” formatında görüşü Rusiya və Azərbaycan xarici işlər nazirləri oktyabrın 20-də telefon danışığı zamanı müzakirə ediblər. Rəsmi Moskvanın bildirdiyinə görə, tərəflər platformanın fəaliyyəti ilə bağlı mövqelərini uzlaşdırıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan Tehranda digər regional güclərlə “3+3” formatında keçiriləcək görüşdə iştirak etməyəcək.
Bu formatda artıq bir görüş gürcü tərəfinin iştirakı olmadan keçirilib. 2021-ci ilin dekabrında Moskvada Ermənistan, Azərbaycan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri regional məsələləri müzakirə ediblər.
3+3” formatının yaradılması təşəbbüsünü 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Ərdoğanın sözlərinə görə, davamlı sülh Cənubi Qafqaz regionu dövlətləri və xalqları arasında təhlükəsizlik əsaslı qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür.