Tbilisi Apellyasiya Məhkəməsi müxalifət partiyası “Lelo” liderləri Mamuka Xazaradze və Badri Caparidze, eləcə də iş adamı Avtandil Tsereteli barəsində şəhər məhkəməsinin hökmünü dəyişməz saxlayıb və “TBC Bank”ın təsisçiləri “TBC Bank”a məxsus 16 milyon 664 min ABŞ dollarını dələduzluq yolu ilə mənimsəməkdə təqsirli biliniblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hər iki tərəf Tbilisi Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmündən Apellyasiya Məhkəməsinə şikayət verib. Prokurorluq qanunsuz gəlirlərin leqallaşdırılması maddəsinin dələduzluq maddəsi kimi təsnifləşdirilməsi ilə bağlı şəhər məhkəməsinin hökmü ilə razılaşmırdı, Mamuka Xazaradze, Badri Caparidze və Avtandil Tsereteli hesab edirdilər ki, barələrində olan təqsir hökmü ləğv edilməli və onlara bəraət verilməlidir. Apellyasiya Məhkəməsinin Merab Jorbenadze, Davit Mamiseişvili və Vepxiya Lomidzedən ibarət kollegiyası şikayətləri rədd edib.
“Apellyasiya Məhkəməsi də, Şəhər Məhkəməsi kimi, ittiham tərəfinin təqdim etdiyi sübutları tam nəzərə alıb. Buna uyğun olaraq də onların təqsirləndirilməsi hökmünü çıxarıb. Sadəcə olaraq, apellyasiya məhkəməsi kvalifikasiya hissəsində ittiham tərəfi ilə razılaşmayıb. Əsaslandırılmış hökmlə tanış olacağıq və bundan sonra apellyasiya şikayəti ilə bağlı qərar verəcəyik”, - bu barədə prokuror Arçil Tkeşelaşvili bildirib.
Mamuka Xazaradze, Badri Caparidze və Avtandil Tsereteli Ali Məhkəməyə müraciət edəcəklərini deyirlər.
“Bu hüquqi absurddur, insan haqlarının kobud şəkildə pozulmasıdır. Burada işin köhnəliyindən söhbət getmir. Kimsə düşünməsin ki, iş köhnə olduğundan həbsxanada deyilik. Xeyr, dostlar. Prokurorluq bu məsələ ilə bağlı [dələduzluqda] ittiham irəli sürməyib və bunu hakim uydurub - bunu ilk dəfə hakim [Giorgi] Arevadze, indi [Merab] Zorbenadze təsdiqləyib. Bu, Bidzina İvanişvilinin yaratdığı məhkəmədir, bu, əvvəlki hakimiyyətdən miras qalıb və əminəm ki, bu hakimlər bu gün ona siyasi dəstək verən “Gürcü arzusu”nun liderlərini yenidən mühakimə edəcəklər.
Bu gün vəkillərimizlə əlaqə saxlayıb qərardan Ali Məhkəməyə şikayət edəcəyik. Bu uzun bir yoldur. Ali Məhkəmədə Bidzina İvanişvilinin vəkili olmuş hakim, baş prokuror olan və əleyhimizə işə başlayan Şalva Tadumadze ilə qarşılaşacağıq. İndi biz hakim Tadumadzenin yanına gedirik. Bu absurd teatrıdır, absurd ölkəsidir”, - Xazaradeze bildirib.
Prokurorluq Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı 2 avqust 2018-ci ildə qanunsuz gəlirlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddəsi ilə cinayət işi açıb. Prokurorluq bəyan edib ki, 2008-ci ilin aprel-may aylarında “TBC Bank” Xazaradzeyə yaxın olan iş adamı Avtandil Tseretelinin ("Pirveli" teleşirkətinin sahibi, Vato Tseretelinin atası) şirkətlərinə - “Samqori M” və “Samqori Trade”- kredit kimi 17 milyon ABŞ dolları verib. İş materiallarına görə, həmin gün Xazaradze və Caparidze həmin şirkətlərdən fiziki şəxslər kimi “TBC Bank”ın dövriyyə kapitalını artırmaq üçün “Samqori M” və “Samqori Trade”yə borc verdiyi eyni miqdarda məbləği borc götürmüşdülər. Prokurorluğun məlumatına görə, “TBC Bank” şirkətlərə olan kreditləri silmişdi və sözügedən kreditlər banka qaytarılmamışdı.
Mamuka Xazaradze və Badri Caparidze onlara qarşı qaldırılan cinayət işinin hakimiyyətin Anaklia limanı layihəsinə qarşı hərəkəti kimi qiymətləndiriblər, çünki onların təsis etdiyi “TBS Holdinq” limanın tikintisində iştirak edib və “Anaklia İnkişaf Konsorsiumu”nun əsas tərəfdaşı olub.
Xalq müdafiəçisi də Xazaradze, Caparidze, Tsereteli işini araşdırıb və bildirib ki, işdə çirkli pulların yuyulması əlamətləri yoxdur.