“Lelo” müxalifət partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze iki instansiya məhkəmələrinin onlara qarşı təqsirli hökm çıxardığı qanunvericiliyin normalarından Gürcüstanın Konstitusiya Məhkəməsinə şikayət edəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hüquqşünas Zviad Kordzadzenin dediyinə əsasən, Konstitusiya Məhkəməsinin qərarı yekun hökmə birbaşa təsir edəcək.
“Hökmdən Ali Məhkəməyə apellyasiya şikayəti vermişik. Eyni zamanda, bu gün biz Konstitusiya Məhkəməsində iddia qaldıracağıq, çünki bu prosesin tamamilə qanunsuz olması ilə yanaşı, həm də Konstitusiyaya ziddir. Məhkəmənin tətbiq etdiyi normaların Konstitusiyaya uyğunluğundan Konstitusiya Məhkəməsinə şikayət verilir. Bu, Məhkəmənin bu qərarda tətbiq etdiyi formada və qaydada iddia müddəti, yenidən kvalifikasiya hüququdur. Biz Konstitusiya Məhkəməsindən bu normaların bu normativ məzmununu ləğv etməsini xahiş edirik”, - Kordzadze bildirib.
Badri Caparidzenin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməzdən əvvəl onlar “Gürcüstanda məhkəmənin tam tabelikdə olmasına baxmayaraq” ölkədə mövcud olan bütün hüquqi vasitələri istifadə etmək niyyətindədirlər.
“Cəmiyyətimiz və beynəlxalq ictimaiyyət artıq 4 ildir ki, mən və Mamuka Xazaradzeyə qarşı davam edən təqiblərdən yaxşı xəbərdardır. Bu siyasi təqib onun təsisçisi olan “Gürcü Arzusu”nun sifarişi ilə olub, prokurorluq və məhkəmə tərəfindən həyata keçirilib. İndiyə qədər, ABŞ tərəfindən sanksiyaya məruz qalan klanın sifarişi ilə məhkəmdə qərarlar necə bərbad şəkildə qəbul edildiyi hər kəs üçün aydındır. Bizə qarşı çıxarılan məhkəmə qərarının arxasında məhz bu korrupsioner klan dayanırdı. Bu təqibin məqsədi nüfuzumuza, adımıza ləkə gətirmək idi ki, ona da nail ola bilmədilər.
Bu iddia ilə məhkəmənin verdiyi qərarın, ardınca isə“Gürcü Arzusu”nun deputat mandatım dayandırılması qərarının nə qədər biabırçı qərar olduğunu bir daha göstərmək niyyətindəyik”, - deyə Badri Caparidze bildirib.
2022-ci il yanvarın 12-də üç illik məhkəmə prosesindən sonra Tbilisi Şəhər Məhkəməsi “TBC Bank”ın təsisçiləri Mamuka Xazaradze, Badri Caparidze, həmçinin “Pirveli” teleşirkətinin təsisçisi, iş adamı Avtandil Tseretelinin işi üzrə təqsirli hökmü çıxarıb. Prokurorluq Xazaradze və Caparidzeni qanunsuz gəlirlərin leqallaşdırılmasında və Tseretelini isə cinayətdə iştirakda ittiham edib, lakin hakim Qiorqi Arevadze kvalifikasiyanı iddia müddətinin tətbiq olunduğu maddə ilə dəyişib. Mamuka Xazaradze və Badri Caparidze 16 664 000 min ABŞ dollarını dələduzluq yolu ilə mənimsəməkdə, Avtandil Tsereteli isə dələduzluqda iştirak etməkdə təqsirli biliniblər. Məhkəmənin hökmü ilə hər üç şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib, lakin cinayət təqibinin müddətinin başa çatması səbəbindən onlar cəza çəkməkdən azad olunublar.
2023-cü il yanvarın 26-da Tbilisi Apellyasiya Məhkəməsi hökmü dəyişməz saxlayıb. Hər iki tərəf hökmdən apellyasiya şikayəti verib. Prokurorluq qanunsuz gəlirlərin leqallaşdırılması maddəsinin yenidən kvalifikasiyası ilə bağlı şəhər məhkəməsinin hökmü ilə razılaşmayıb, Xazaradze, Caparidze və Tsereteli isə hesab ediblər ki, təqsirli bilinən hökmü ləğv olunmalı və onlara bəraət verilməlidir. Apellyasiya Məhkəməsinin Merab Jorbenadze, Davit Mamiseişvili və Vefxiya Lomidzedən ibarət kollegiyası şikayətləri rədd edib.