Rəsmi statusundan istifadə edərək 520 min lari mənimsəməkdə təqsirli bilinən “Xelvaçauri Suyu” şirkətinin keçmiş direktoru, 68 yaşlı Vladimir Mikeladze Kutaisi 2 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Batumi Şəhər Məhkəməsi iyulun 6-da onu 7 il müddətinə azadlıqdan məhrum etmişdi. Vəkilin sözlərinə görə, Mikeladzenin səhhətində problemlər olub və tez-tez tibb müəssisəsinə aparılırmış.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Vladimir Mikeladze 2019-2021-ci illərdə “Xelvaçauri Suyu” MMC-yə rəhbərlik edib. Prokurorluğun məlumatına görə, istintaq müəyyən edib ki, Mikeladze hər ay etibarlı şəxsləri ilə su qurğularının təmiri və təmizlənməsi işlərini yerinə yetirməli olan faktiki əmək müqavilələri bağlayıb. Faktiki işlə təmin olunmuş şəxslərə aylıq büdcə vəsaiti köçürülürdü, hansı ki, direktor bunu qanunsuz olaraq mənimsəyirdi.
Vladimir Mikeladze Xelvaçaurinin keçmiş meri Jumber Vardmanidzeni ifşa edib və bildirib ki, 520 min laridən 288 min lari Vardmanidzeyə verilib.
“2019-cu ildə ayda 7 min lari, 2020-də 8 min lari, 2021-də ayda 9 min lari verirdim… Ofisə verirdim, ofisin arxasında kiçik bir otaq var - Gözləmə otağı və orada verirdim. Pulu verəndə mənə işarə edirdi tualetin qapısı tərəfdə verirdim.
Onunla bu pulu evə gətirdiyim vaxtlar olub. Evə nə vaxt gələcəyini deyərdi, gələrdim. Bir də mənə pasport nömrəsi verirdi və mən bəzən 300 lari, bəzən 350 lari, 400 lari, 500 lari ödəyirdim. Tiflisdən mənə zəng edirdilər, bu nömrəyə pul köçürməlisən deyə. Bələdiyyə sədri zəng etmirdi, yanındakilər zəng edirdi”, - Mikeladze bu ifadəsini hakimə demişdi, hansı ki, "Batumelebi” tərəfindən yayımlanmışdı. İttihamlar ictimailəşdikdən sonra Jumber Vardmanidze Acarıstanın təhsil nazirinin müşaviri vəzifəsindən istefa verib. Sabiq mer cinayət məsuliyyətinə cəlb edilməyib.