Xilasedicilər Rikoti yolunun tikintisində çalışan işçini ölü tapıblar

Rikoti aşırım yolunun Xevi-Ubisa hissəsində körpülərdən birinin tikintisində işləyən fəhlə həlak olub. Xilasedicilər onun meyitini bu gün çayda tapıblar.

Ölən şəxs Xaraqauli bələdiyyəsinin Borit kəndindən olan 50 yaşlı Ramaz Barbakadzedir. Yerli sakinlərin sözlərinə görə, o, dünən Ubisa yaxınlığında tikilməkdə olan körpüdən yıxılıb, sonra onu çay axını aparıb. Cəsəd bu gün qəza yerindən təxminən 5-6 kilometr aralıda tapılıb.

Faktla bağlı tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozma, insan ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin  2-ci hissəsi üzrə cinayət işi başlanıb.

Xevi-Ubisanın 12,2 kilometrlik hissəsində bir sıra körpülər və keçidlər tikilir. Tikinti işlərini Avtomobil Yolları Departamentinin elan etdiyi tenderin qalibi Çinin “Hunan Road and Bridge Construction Group” MMC şirkəti həyata keçirir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur