Gürcüstan prezidenti Salome Zurabişvili “TV Pirveli”yə müsahibəsində “Gürcü Arzusu”nun təsisçisi və Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin oliqarx olub-olmaması sualına cavab verib.

Salome Zurabişvili jurnalistin “ İvanişviliyə münasibətdə oliqarx ifadəsi sizin üçün məqbul deyil” sualına bu cür cavab verib: “Niyə də olmasın. Oliqarxlığın nə demək olub-olmadığını bilmirəm, amma Venesiya Komissiyasının deoliqarizasiya qanununa cavabı fərdi olaraq kimin olduğu deyil. İndi iqtidar deyir ki, onlardır, müxalifət deyirç yox, odur. Venesiya Komissiyasının bu məsələyə yanaşması ondan ibarətdir ki, siz bu məsələyə sistemli yanaşmalısınız, qabaqlayıcı xarakter daşıyan qanunlar qəbul etməlisiniz ki, heç kim daha çox təsir əldə etməsin”.

Jurnalistin İvanişvilinin oliqarx olub-olmaması ilə bağlı aydınlaşdırıcı sualına prezident belə cavab verib:

“Yəqin ki, var, bəli. Oliqarx o mənada ki, pulu var və mediaya, siyasətə təsirə malikdir. Bu mənada belədir, lakin oliqarxiya problemi İvanişvilidən daha böyük, İvanişvili problemi isə oliqarxiyadan daha böyükdür. Siyasi sistemin qeyri-şəffaflığıdır.

Bizim əsas qərarların harada qəbul edildiyini, bu qərarların necə dəyişdirilə və ya təsir edilə biləcəyini başa düşmək və bilməyimiz lazımdır”, - suala Gürcüstan prezidenti Salome Zurabişvili belə cavab verib.

Salome Zurabişvili “Pirveli” teleşirkətinə müsahibəsində bildirib ki, Bidzina İvanişvilinin statusu, bu gün hökumətdən rəsmən ayrıldığı halda anlaşılmazdır.

“Bu sual kənarda da verilir və məncə, cəmiyyətdə də bu hiss və ya sual mövcuddur ki, əsas qərarlar harada qəbul edilir. Məndən heç soruşmurlar, çünki buna birbaşa cavabım, sübutum yoxdur, amma bu hiss ki, qərar qəbul edən mərkəz haradadır və heç kim bilmir ki, haradadır, bu gənclər nədir- icraçılar, səsləndiricilər, yoxsa onlar da qərar verirlər. Sual mövcud olanda bu, özlüyündə siyasi sistem üçün pisdir, çünki demokratik ölkədə siyasi sistem şəffaf olmalıdır və cəmiyyət məsuliyyət mərkəzinin harada olduğunu, sabah bu zərərverici qərarlara və ya ritorikaya görə kimin cavabdeh olacağını bilməlidir”, Zurabişvili bildirib.

Prezident qeyd edir ki, İvanişvili ilə ünsiyyəti yoxdur, lakin, bu onun arzusundadır, çünki o hesab edir ki, Gürcüstan siyasətinə daha çox aydınlıq gətirmək lazımdır.

“Xaricdən çoxlu mesajlar var ki, əsas odursa bunları başa düşməli və dinləməlidir. Qərarların və məsuliyyətlərin əsas çəkisinin harada olduğunu soruşurlar. Cavab olmadığı üçün bu mesajların ora çatmasını istəyirlər. Mənim bu [ünsiyyət qurmaq] imkanım yoxdur. Hesab edirəm ki, siyasi proseslərimizi daha şəffaf etmək çox lazımdır. Əgər biz demokratik ölkəyiksə və ümid edirəm ki, bu perspektivdəyik və qala biləriksə, bütün aspektlərdə daha çox şəffaflıq olmalıdır.

Mən deyərdim ki, ilk növbədə, qərarların harada və hansı formada qəbul edildiyi barədə daha çox aydınlıq olmalıdır - bu, kollektivdir, mübahisədən sonrakı, yoxsa... çünki bu ritorikanı eşidəndə başa düşmək çox çətindir - bəzən gah ora-gahbura, gah tərəfdaşlarımızı, Amerika səfiri, Aİ səfirini təhqir etməkdir ki, bu da diplomatik baxımdan çox səhvdir, yanlışdır, bəzən də tövsiyələri yerinə yetirdiyimizlə bağlı bəyanatlar verilir, bu yolla gedirik. Bizim əsl xəttimiz haradadır?”, Zurabişvili bildirib.

De-oliqarxizasiya Avropa Komissiyasının 2022-ci ilin iyununda müəyyən etdiyi 12 tövsiyədən biridir, yerinə yetirildiyi təqdirdə Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusu alacaq. “Gürcü Arzusu” Ukrayna qanunlarına əsasən hazırlanmış “De-oliqarxizasiya haqqında” qanun layihəsini artıq iki dinləmədə qəbul edib, o fərqlə ki, gürcü variantına görə, hökumət oliqarxların reyestrini yaratmaq səlahiyyətinə malik olacaq. Hakim partiyanın liderləri iddia edirlər ki, Bidzina İvanişvili heç bir halda oliqarx sayılmayacaq və de-oliqarxizasiya haqqında qanun qəbul olunarsa, oliqarxlar siyahısında İvanişvili deyil də, məsələn, “Formula” teleşirkətinin 51%-nin sahibi, keçmiş müdafiə naziri Davit Kezeraşvili olacaq.

Venesiya Komissiyasının yekununda hesabatında qeyd olunur ki, “de-oliqarxizasiya” haqqında qanun layihəsi hökumətə həddindən artıq təsir və hesablaşma imkanı verir; Qanun layihəsinin bu formada təsdiqi Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan fundamental hüquqların pozulmasına səbəb ola bilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur