“Uzunmüddətli monitorinq missiyasının olması vacibdir, çünki yanlış şeylər təkcə seçki günü baş vermir, əslində bu, aylar əvvəl baş verir: insanların qorxudulması, səslərin satılması, insanlar lazım olduğu kimi səs verməsələr işlərini itirməklə hədələnirlər. Təkrar edirəm, bunlar Gürcüstanda uzun illərdir müxtəlif hökumətlər dövründə tətbiq olunan taktikalardır. Gürcüstan seçicilərinin daha sonra nəticələrə etibarının olmasına kömək etmək üçün seçkiləri vaxtından əvvəlcədən monitorinq etmək çox vacibdir”, - ABŞ səfiri Keli Deqnan “Azadlıq” radiosuna müsahibəsində bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun sözlərinə görə, ABŞ-ın nəticəyə etibarının olub-olmaması o qədər də vacib deyil, lakin seçicilər və Gürcüstan xalqı seçkilərin həqiqətən ədalətli olduğuna və Gürcüstan xalqının iradəsini əks etdirdiyinə inanmalıdır.
“2020-ci ildə “Covid” səbəbiylə beynəlxalq nəzarətin olması mümkün deyildi və düşünürəm ki, bu, niyə bu qədər çox ittiham və şikayətlərin olduğu barədə bir çox insasnda sual işarəsi yaranmasında böyük rol oynadı - çünki sizə problemlərin müəyyənləşdirilməsi və prosesin ədalətli olduğunun təsdiqlənməsinə kömək etmək üçün xarici nəzarət yardımınız yox idi.
Heç kim 2020-ci il seçkilərinin ədalətli olduğunu bildirməyib, 2021-ci il bələdiyyə seçkilərinin də ədalətli olduğunu bildirən olmayıb. Bu kədərlidir və ümid edirəm ki, 2024-cü il seçkiləri daha yaxşı olacaq”.
Səfir Deqnan müsahibədə elektron səsvermə sisteminə də toxunub və bildirib ki, bu, hər şeyin təmiz və ədalətli olacağına zəmanət vermir.
“Düşünürəm ki, mənim məsləhətim daha çox seçicilərə olacaq: çıxıın və seçkilərdə iştirak edin. Səsinizin eşidildiyinə və seçiminizin nəzərə alındığına əmin olun. ABŞ Səfirliyi insanlara nəinki səslərinin vacib olduğunu anlamağa kömək edəcək, həm də seçki məntəqələrinin 90%-nin elektron səsverməyə keçdiyi bu xüsusi seçkidə onun necə işlədiyini bilməyə kömək edəcək seçicilərin maarifləndirilməsi kampaniyasını dəstəkləyəcək. Məntəqə işçiləri bunun necə işlədiyini bilməlidirlər. Əks halda həm dairələrdə, həm də məntəqələrdə daha çox çaşqınlıq yaranar. Yerli hökumət seçkilərində gördüyümüz kimi, məntəqələrin 10%-də elektron səsvermə keçirildiyi zaman bəzi problemlər var idi - təbii ki, hər şeydən daha çox texniki problemlər var idi, lakin bütün ölkədə baş tutacaq elektron səsvermə zamanı bu, bütün prosesi ləngidə bilər.
Biz ABŞ-da da gördük ki, elektron sistem hər şeyin təmiz və ədalətli olacağına zəmanət vermir. Əgər insanlar sistemdən istifadə etmək üçün öyrədilməyibsə və seçicilər onun necə işlədiyini başa düşmürlərsə, bu da manipulyasiya edilə bilər.
Beləliklə, bu, vacib bir seçki və təkcə səsinizin nə üçün vacib olduğuna dair deyil, həm də səsvermənin texniki tərəfi ilə bağlı maarifləndirmə kampaniyası olacaq”.
Bu bəyanatlara görə hakim “Gürcü Arzusu” partiyasının üzvləri səfir Deqnana ittihamlarla cavab veriblər.
“2024-cü ildə bu [elektron səsvermə sistemini] şübhə altına alsanız, siz mənfursunuz, xanım səfir. Sizə müraciət edib birbaşa demək istəyirəm ki, siz öz missiyanızı başa düşmədiniz, partiyanın yox, dövlətin nümayəndəsi olduğunuzu nəzərə almadınız. Çox təəsüf, xanım səfir, amma siz bir səfir kimi işinizin başında dura bilmədiniz, bunu söyləmək lazımdır. Çox təəsüf, siz öz fəaliyyətinizlə Gürcüstan cəmiyyətində qütbləşməni artırdınız.
“Yəqin ki, siz burada inqilabi dalğanın yaradıcılarından biri olmusunuz və biz onu 3-4 dəfə yatırmışıq, çünki iğtişaşlar törətmək və “ikinci cəbhə” açmaq heç vaxt Gürcüstanın və onun əhalisinin maraqlarına uyğun olmayıb”, - deyə deputat İrakli Zarkua bildirib.
“Xanım Keli Deqnanın bəyanatı başdan-ayağa siyasətlə doludur. Bu, adətən hansısa siyasi partiya tərəfindən edilən çağırışdır ki, - “Seçkilərə get, səsini qoru!” Yəni, kimsə başqasının səsini əlindən alır və il yarım qabaqcadan o, öz səsinizi qoruyun deyə çağırış edir. Bu, artıq təkandır, onun göstəricisidir ki, seçki prosesi inqilabi ssenari ilə aparılmalıdır.
Bizə deyirlər ki, seçkidən əvvəl də seçkilər saxtalaşdırılır, amma fakt təqdim edə bilmirlər. 2020-ci ildə biz bir tərəfdən seçkinin necə tanındığını, digər tərəfdən böhrana necə tohfə verildiyini izlədik, amma seçkinin saxtalaşdırıldığına dair bir dənə də olsun sənəd və ya ifadə gətirilə bilmədi. İndi hər kəsin işarə etdiyi həqiqətən inqilabi seçki məcəlləsini qəbul etdik. Yadınızdadırmı - hamı qeyd edirdi ki, səslərin elektron sayılması sistemi olsaydı, o zaman seçkilərin saxtalaşdırılması, nəticələrin dərhal elan edilməsi problemi olmazdı. Bu sistem qəbul edilib, lakin biz artıq bu sistemə təşkil edilmiş hücumun başladığının şahidi olduq. Səfir bəyanat verdi, sonra bir siyasi partiya onun müşaiət etdi, indi başqaları da izləyəcək və insanlar düşünməyə başlayacaqlar ki, hətta elektron sistemlə keçirilən seçkilər də saxtalaşdırılıb”, - deyə parlament çoxluğunun üzvü İrakli Kadaqişvili bildirib.
“Milli Hərəkat”ın sədri Levan Xabeişvilinin sözlərinə görə, “strateji tərəfdaş dedikdə ki, siz saxtakarsınız və hökumətin keçirdiyi seçkilər təhlükəlidir, bu, rus partiyası üçün hökmdür – ona görə də gürcü xalqı bu hökmü icra etməlidir”.
Gürcüstanda parlament seçkiləri 2024-cü ildə keçirilməlidir.