2023-cü ilin 1 yanvar tarixindən etibarən Gürcüstanda yaşı 70-ə qədər olan pensiyaçıların pensiyası 35 lari artaraq 295 lari olub. 70 və yuxarı yaşda olan pensiyaçıların pensiyası 65 lari artaraq 365 lari olub. Yüksək dağlıq yaşayış məntəqələrində yaşayan 70 yaşa qədər şəxslərin pensiyası 355 lari, 70 yaşdan yuxarı pensiyaçıların pensiyası isə 440 lari müəyyən edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yanvarın 1-dən “Liberty Bank”da pensiya kreditlərinin yuxarı həddi 36 %-dən 26 %-ə endirilib. 2023-cü ilin 1 iyul tarixindən sosial cəhətdən müdafiəsiz uşaqlara aylıq yardım olaraq 200 lari veriləcək. Bu pul əlavəsi ailənin reytinq balı 120.000-i aşmayan 16 yaşınadək olan sosial cəhətdən müdafiəsiz uşağa aid edilir.
“Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə bu yardım sıfır olub, sosial cəhətdən müdafiəsiz uşaqlara heç bir yardım verilməyib. Biz bu yardımı bir neçə il əvvəl, səhv etmirəmsə, iki il əvvəl 50 lari ilə başlamışıq, keçən il 100 lari oldu, bu il 150 lari oldu, gələn il isə 200 lari olacaq. Biz hər uşağa 200 lari verəcəyik və bu layihə büdcəyə 465 milyon lariyə başa gələcək. Ümumilikdə, bu aylıq 200 lari yardımı 232 min uşaq alacaq”, - Baş Nazir İrakli Qaribaşvili 2022-ci il hesabatını təqdim edərkən deyib.
2023-cü ilin 1 yanvar tarixindən özəl sektorda çalışan işçilərin analıq məzuniyyəti zamanı əmək haqqı 2 dəfə artırılaraq 2000 lari olub.
Analıq məzuniyyəti zamanı dövlət qulluqçuları kimi müəllimlər də maaşlarının 100 faizini alacaqlar.
“Bu mühüm, milli məsələdir. Ona görə də demoqrafik məsələlərə kompleks yanaşma və icma inteqrasiyası lazımdır. Biz 2023-cü ildən hər üçüncü və sonrakı yeni doğulmuş körpə üçün 1000 lari məbləğində birdəfəlik yardım verməyi planlaşdırırıq. Burada maraqlı tendensiya üzə çıxdı, bununla bağlı müzakirə apardıq, çoxuşaqlı ailələrin əksəriyyəti sosial cəhətdən müdafiəsiz ailələrdir. Hər üçüncü, dördüncü və ondan sonrakı uşaq sosial cəhətdən müdafiəsiz ailələrdə doğulur, ona görə də bu istiqamətdə daha çox yardım göstərmək bizim borcumuzdur”,- Baş nazir qeyd edib.
Hökumət tarix dəqiqləşdirməsə də, 2023-cü ildə ağır dərəcədə məhdud imkanlı şəxslərin sosial yardımının 65 lari artırılması nəzərdə tutulur. Məhdud imkanlı şəxslərin qalan kateqoriyası üçün müavinətlərin artırılması isə 35 lari nəzərdə tutulur.
Sosial yardımı ən çox insan (bütün əhaliyə nisbətdə) yüksək dağlıq bələdiyyələrdə alır.
- Mestia Bələdiyyəsi (74,2 % – 6899 nəfər);
- Lentəxi bələdiyyəsi (51,2 % - 2254 nəfər);
- Oni Bələdiyyəsi (49,1 % - 2996 nəfər);
- Ambrolauri Bələdiyyəsi (49 % - 4365 nəfər);
- Keda Bələdiyyəsi (48,5 % - 8200 nəfər);
- Dmanisi Bələdiyyəsi (43,6 % - 8290 nəfər);
- Zuqdidi Bələdiyyəsi (43,3 % - 26945 nəfər);
- Xulo Bələdiyyəsi (43,1 % - 10125 nəfər);
- Tsageri bələdiyyəsi (41,3 % - 4257 nəfər);
- Xaraqauli bələdiyyəsi (39,1 % - 7627 nəfər.
2022-ci ilin dekabr ayının məlumatına görə, Gürcüstanda əhalinin 17,9 %-i (665.992 nəfər) sosial yardım alır ki, bu da 2020-ci ilin göstəricisindən 3,8 % (141.394 nəfər) çoxdur. 2022-ci ilin göstəricisi 2015-ci ilin göstəricisindən 7,5 % çoxdur, bu da o deməkdir ki, son 7 ildə daha 276.342 nəfər sosial cəhətdən müdafiəsiz olub.