Bu ilin yanvar ayında Gürcüstana pul köçürmələrinin həcmi 263,4 milyon ABŞ dolları (704,6 milyon lari) təşkil edib ki, bu da 2023-cü ilin yanvar ayının analoji göstəricisindən 40,8% (181,6 milyon ABŞ dolları) azdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Köçürmələrin 25,68%-i Rusiya Federasiyasının payına düşür. Gürcüstan Milli Bankının məlumatına görə, yanvarda Rusiyadan Gürcüstana 67,64 milyon dollar köçürülüb ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 74,73% azdır. Ötən ilin yanvarında bu rəqəm 267,6 milyon dollar olub. Bundan əlavə, 2022-ci ilin eyni ayında Rusiya Ukraynada müharibəyə başlamazdan əvvəl Rusiyadan Gürcüstana 20,3 milyon dollar köçürülüb.
Pul köçürmələrinin həcminə görə İtaliya ikinci yerdədir, oradan 44,16 milyon dollar daxil olub. İtaliyadan sonra ən böyük məbləğ - 38 milyon dollar Amerika Birləşmiş Ştatlarından köçürülüb. İlk onluğa həmçinin Yunanıstan (18,47 milyon dollar), İsrail (17,88 milyon dollar), Almaniya (16,19 milyon dollar), Qazaxıstan (9,38 milyon dollar), Türkiyə (6,82 milyon dollar), İspaniya (4,33 milyon dollar) və Fransa (4,15 milyon dollar) daxildir.
Milli Bankın məlumatına görə, ötən ay Aİ ölkələrindən ümumilikdə 100,44 milyon dollar köçürülüb ki, bu da ümumi köçürülmə həcminin 38%-ni təşkil edir.
Yanvarda Gürcüstandan xaricə 25,9 milyon dollar göndərilib. Bu, 2023-cü ilin yanvar ayı göstəricisindən (26,3 milyon dollar) 1,5% azdır. Gürcüstandan ən çox pul Türkiyəyə (5,4 milyon dollar), Rusiyaya (3,4 milyon dollar), Azərbaycana (2,7 milyon dollar), Ukraynaya (1,8 milyon dollar) və ABŞ-a (1,2 milyon dollar) köçürülüb.