"Mənə onun saç rəngi, oriyentasiyası və ya heç bir şeyi maraqlı deyil. Polisə əl qaldıran hər kəsə dövlət amansız və barışmaz olacaq. Bax bunu hamınız yadda saxlayın", - Gürcüstanın baş naziri İrakli Qaribaşvili martda “Agentlər haqqında” rus qanuna qarşı keçirilən aksiyaların həbs edilmiş iştirakçısı Lazare Qriqoriadis haqda deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyunun 30-da Qaribaşvili parlament qarşısında çıxışı zamanı məhkəmənin hökmünə qədər bir daha Lazare Qriqoriadisi təqsirsizlik prezumpsiyasını pozaraq təqsirli bilib.
"Hansısa yaramazın biri çıxıb birbaşa polisə molotof kokteyli atdı və onu diri-diri yandırmaq qərarına gəldi. Heç maraqlanmıram kimdir də. Bunu sizə hiddətlə deyirəm. Mən burada tamamilə barışmaz olacağam. Heç kimi buna görə bağışlamıram. Bu dövlətə qarşı əl qaldırmaqdır. Bunu hamınız yaşı yadda saxlayın.
İndi çıxsınlar və onu müdafiə etsinlər. Niyə müdafiə etmirlər?! Niyə çıxarmırlar həbsxanadan?! Polisə əl qaldıran kəsi bu ağır cinayətə görə onu heç kim həbsxanadan çıxara, heç kim bağışlaya bilməz. Saçının rənginin, oriyentasiyasının buna nə dəxili var? Bunu biz bu kontekstdə deməmişik. Digərləri bir neçə dəfə bura çıxıb dedilər ki, o, gəncləri satanist adlandırır. Bu yekə bir yalandır. Mən belə bir şey dedim və buna cavabdehəm: bir neçə gənc idilər, interviumdan baxa bilərsiniz nə demişəm, həqiqətən gördüm mən, polis və istintaq xidmətinin materialları ilə tanış olmuşam. Bəzi anlaşılmaz formalarda olan bu adamların kim olduqları bizi maraqlandırırdı. Müəyyən etdik ki, belə sektaların və millətin müəyyən beyinsiz, azmış övladları var, belə deyək asanlıq olsun deyə. Bu gənc anarxistlər qrupunun üzvü ola bilər. Mənə fərqi yoxdur ki, o, gəncdir, köhnəgəncdir, ya kimdir. Mənə heç kim maraqlı gəlmir. Mən sizə əsas şeyi dedim və hamı yaxşı xatırlasın ki, biz xaosa, anarxiyaya yol verməyəcəyik”, - dedi Qaribaşvili.
Onun sözlərinə görə, mart aksiyaları ilə bağlı istintaq davam edir və sona qədər davam edəcək.
“Hamıya və hər şeyə nəzər yetiririk. Bu anarxist təşkilatlar yaradılıb və “Franklin Club” adlandırılıb, əslində Levan Ramişvilinin klubu, “Kmara” klubu var idi ki, gəncin Amerika və Benjamin Franklinlə əlaqəsi olsun. Bu da növbəti fandomdu?! Bu gün Franklin Klubu haradadır? Anarxist təşkilatlar haradadır? Bu gənclərdən istifadə etdiniz və atdınız, indi niyə hərəkətə keçib müdafiə etmirsiniz. Dəqiq bilirəm ki, o gəncdən də və başqalarından da istifadə ediblər, “Molotov kokteyli” atdırdılar. Çatları açmışıq, bütün məlumatlarımız var. Necə düşünürsünüz, bəziləri burada nəsə planlaşdırır və bizim heç nədən xəbərimiz yoxdur? Biz hər şeyi bilirik və qeyri-qanuni fəaliyyətə gəlincə, hər şey nəzarət altındadır”, - İrakli Qaribaşvili deyib və müxalifətçi deputatın replikasına cavab olaraq əlavə edib ki, çat söhbətləri istintaq çərçivəsində açılıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları 21 yaşlı Lazare Qriqoriadisi martın 29-da saxlayıblar. Polisin xidməti vəzifələrini yerinə yetirərkən polis əməkdaşlarının sağlamlığına zərər vurmaqda və dövlət əmlakını məhv etməkdə ittiham olunur. İş materiallarına görə, martın 7-də, saat 23:15 radələrində Rustaveli prospektində keçirilən mitinq zamanı Lazare Qriqoriadis 9 aprel küçəsində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı İdarəsinin əməkdaşlarına iki dəfə “Molotov kokteyli” atıb, nəticədə iki əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Bundan başqa, prokurorluq iddia edir ki, martın 9-da gecə saatlarında Çanturiya küçəsində təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə məxsus “Toyota Corolla” markalı avtomobilə qəsdən od vurub və avtomobil yanıb. İttiham tərəfi iddia edir ki, avtomobilin yandırılması nəticəsində dövlət büdcəsinə 39.500 lari dəyərində maddi ziyan dəyib. Prokurorluq mitinqlərdə çəkilmiş videogörüntüləri sübut kimi yayıb və görüntülərdə təsvir olunan gəncin Lazare Qriqoriadis olduğunu bildirib.
Lazare Qriqoriadis hazırda istintaq təcridxanasındadır. Günahı sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər həbs gözləyir. Müdafiə tərəfi iddia edir ki, bu işdə təqsirləndirilən şəxsin təqsirini təsdiq edəcək birbaşa sübut yoxdur.