Oktyabrın 19-da Gürcüstan parlamenti sürətləndirilmiş qaydada üçüncü oxunuşda “Yayım haqqında” qanuna mediaya nəzarət risklərini artıran dəyişiklikləri qəbul edib. Qeyri-hökumət təşkilatları Gürcüstan prezidentini senzura təhlükəsini və tənqidi medianın cəzalandırılmasını ehtiva edən qanunvericilik dəyişikliklərinə veto qoymağa çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Parlament “Yayımlar haqqında” qanuna dəyişikliklərə bir həftə ərzində ictimai müzakirəsiz baxıb. Çoxluğun deputatlarının təqdim etdiyi dəyişikliklərə əsasən, əgər indi medianın özü peşə standartlarının pozulması ilə bağlı şikayətlərə baxarsa, dəyişikliklər qüvvəyə mindikdən sonra nifrət nitqi və nalayiq ifadələrlə bağlı məsələlərə baxmaq səlahiyyəti və müvafiq sanksiyaların tətbiqi səlahiyyəti Rabitə Tənzimləmə Komissiyasına veriləcək. Bu sanksiyalar xəbərdarlıq, cərimə, lisenziyanın/icazənin dayandırılması ola bilər. Rabitə Komissiyasının qərarı məhkəməyə şikayət edilə bilir, bununla belə media rəhbərləri Rabitə Komissiyasının siyasiləşməsindən və onun hakim partiya ilə sıx əlaqələrindən, həmçinin məhkəməyə inamın aşağı olmasından narahatdırlar.
Qeyd edək ki, qanun layihəsinin ilkin variantı yalnız nifrət nitqinin tənzimlənməsi ilə bağlı idi. Qanun layihəsinə birinci oxunuşdan sonra ədəbsizliyin tənzimlənməsi məsələsinin özünütənzimləmə sferasından tənzimləmə sferasına keçirilməsi əlavə edilib. Bütün bunlar parlamentdə prezidentin impiçmentinin müzakirə olunduğu və bütün diqqətin bu məsələyə yönəldiyi dövrdə baş verib.
Hakim “Gürcü Arzusu” partiyası “Yayım haqqında” qanuna dəyişiklikləri Avropa direktivlərinə əməl olunmasının zəruriliyi ilə izah edir. “Layihə Avropa Komissiyası ilə əlaqə əsasında hazırlanıb və Avropa Komissiyası ilə ünsiyyətdə olunduğu kimi sözbəsöz yazılıb”, - Parlamentin sədri Şalva Papuaşvili deyib:
Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvilinin sözlərinə görə, qanun layihəsi Avropa Şurasının tövsiyələrini əks etdirir, ona görə də onun qəbulu Avropa Komissiyasının tövsiyəsini yerinə yetirəcək, müvafiq olaraq, Avropa Komissiyasının tövsiyyəsi yerinə yetiriləcək ki, buna əsasən də terrorizmə çağırış və nifrət nitqinin yayılmasının qarşısını almaq üçün qanunvericilik səviyyəsində effektiv mexanizm yaradılacaq və 12 bəndlik planın 7-ci hissəsi yerinə yetirilmiş hesab ediləcək.
Qeyri-hökumət təşkilatı “Sosial Ədalət Mərkəzi” hesab edir ki, “Yayımlar haqqında” qanuna edilən dəyişikliklər, xüsusilə Rabitə Komissiyasının teleradio yayımçılarının verilişlərinin məzmununa müdaxilə səlahiyyətlərinin dairəsini genişləndirir və Gürcüstandakı media qurumlarına nəzarət və senzura tətbiq edilməsi təhlükəsini artırır.
“Beynəlxalq Şəffaflıq - Gürcüstan” bildirir ki, qanun inkişaf etmiş demokratik ölkələrdə nifrət nitqi və ədəbsizliyin hüquqi tənzimlənməsinə icazə verilən məqsədə nail olmağı təmin edə bilməz və bu, tənqidi mediaya qarşı cəza rıçaqına çevrilə bilər. Məhz buna görə də ictimai təşkilatlar prezidenti qanunvericilik dəyişikliklərinə veto qoymağa çağırıb.
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin fikrincə, “ədəbsizlik” anlayışı direktivin tərkib hissəsi deyil və onun tənzimlənməsinə ehtiyac yoxdur.
Parlamentin Sahə İqtisadiyyat və İqtisadi Siyasət komitəsinin sədri Davit Sonğulaşvilinin sözlərinə görə, əgər Avropa Komissiyası onlara ədəbsizlik anlayışının Avropa direktivinin bir hissəsi olmadığını və onun direktivə uyğun tənzimlənməsinə ehtiyac olmadığını rəsmi şəkildə bildirsə, o zaman onu qanundan çıxaracaqlar.