Şalva Kirtadze 4 il müddətinə Kutaisinin Akaki Tsereteli Dövlət Universitetinin rektoru seçilib. O, rektorluğa yeganə namizəd idi. Seçkilər fevralın 22-də keçirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kirtadze rektor seçilməzdən əvvəl 12 il universitetin rektor müavini vəzifəsində çalışıb. “Eşitmisiniz yəqin - general olmaq haqqında düşünməyən əsgərdən utanıram”, - bu barədə “Gürcüstan Xəbərləri”nə Şalva Kirtadze bildirib. O, qeyd edir ki, mühüm təcrübə qazanıb və bundan sonrakı 4 ildə universitetin tədris prosesinin, elmi-tədqiqat istiqamətinin dəstəklənməsi, infrastrukturunun təkmilləşdirilməsi üçün istifadə edəcək.
Şalva Kirtadze 2014-cü ildən Akaki Tsereteli Dövlət Universitetində professordur. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin kibernetika və tətbiqi riyaziyyat fakültəsini bitirib, fizika-riyaziyyat elmləri üzrə akademik doktordur.
2019-cu ildən Akaki Tsereteli Dövlət Universitetinin rektoru Rolandi Kopalianidir. Yeni seçilmiş rektorun sözlərinə görə, Kopaliani akademik vəzifədə fəaliyyətini davam etdirəcək.
Fevralın 4-də Levan Kobiaşvili ardıcıl üçüncü dəfə Gürcüstan Futbol Federasiyasının prezidenti seçilib. O, da həmçinin yeganə namizəd idi. Kobiaşvili “Gürcü Arzusu”ndan parlamentin deputatıdır. O, ilk dəfə 2015-ci il oktyabrın 3-də Futbol Federasiyasının prezidenti seçilib. O, rəqibi Revaz Arveladzeni üç səslə üstələləmişdi. Səsverməyə bir gün qalmış səsvermə hüququna malik 34 nümayəndədən biri, Rezi Arveladzenin tərəfdarı olan Geqa Qobecişvili narkotik istifadə ittihamı ilə həbs edilmişdi və məhkəmə ertəsi gün onu 500 lari cərimə qarşılığında azadlığa buraxmışdı.
Yanvarın 26-da yeganə namizəd olan Kaxa Bekauri üçüncü dəfə Rabitə Komissiyasının sədri seçilib. Bekauri Kanal 9-dan ayrıldıqdan sonra 2014-2017-ci illərdə Rabitə Komissiyasının üzvü olub, 2017-ci ildə isə ilk dəfə həmin komissiyanın sədri seçilib.
Ötən il dekabrın 27-də Caba Samuşia İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru seçilib. O, da həmçinin rektorluğa yeganə namizəd idi. Samuşianı “Gürcü Arzusu”na yaxın adamlar rektor əvəzi olmamışdan və rektorun seçilməsi üçün müsabiqə elan olunmasından əvvəl təbrik edirdilər.
Dekabrın 20-də əvvəlki il “Gürcü Arzusu” partiyasının fəalı olmuş Şalva Çkadua Yakob Qoqebaşvili adına Telavi Dövlət Universitetinin rektoru seçilib. Çkadua həm də vakant rektor vəzifəsinə yeganə namizəd idi.
Noyabrın 18-də rektorluğa yeganə namizəd olan Karaman Kutateladze Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru seçilib. Onun seçilməsini Mədəniyyət Naziri Tea Tsulukiani alqışlayırdı.
2021-ci il dekabrın 11-də keçmiş basketbolçu, parlamentdəki “Gürcü arzusu” fraksiyasının üzvü Viktor Sanikidze Gürcüstan Milli Basketbol Federasiyasının prezidenti seçilib. O, yeganə namizəd idi və deputatların 100 % səsini topladı. Viktor Sanikidze Bidzina İvanişvilinin oğlu Bera İvanişvilinin dostudur.