Yeni müdafiə məcəlləsinin qəbulundan sonra heç bir konfessiya məcburi hərbi xidmətin təxirə salınması ilə bağlı ixtiyari şərtlərdən istifadə etmək imkanına malik olmayacaq. Müdafiə nazirinin müavini Qriqol Qiorqadzenin sözlərinə görə, bütün din nümayəndələrinin hərbi xidmət keçməsi məcburi olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qiorqadzenin sözlərinə görə, yeni məcəllə fərdlərə qondarma dini təşkilatların köməyi ilə hərbi xidmətdən yayınmaq imkanı verən mövcud hüquqi boşluğu aradan qaldırıb.
“Qanun layihəsinə görə, artıq keşiş xidməti məcburi hərbi xidmətin təxirə salınması üçün əsas təşkil etmir. Din xadimləri müvafiq qanunvericiliklə müəyyən edilən qeyri-hərbi alternativ əmək qulluğundan keçmək imkanı əldə edəcəklər.”, - deyə bildirib Qiorqadze.
Məcburi hərbi xidmətin islahatı ilə bağlı Baş Nazir İrakli Qaribaşvili 2022-ci ilin 12 dekabr tarixində hökumətin iclasında danışıb. Baş nazir “Qırçı” partiyasının təsis etdiyi, gənclərin məcburi hərbi xidmətdən yayınmalarına kömək edən “Bibliyalı Azadlıq” dini qurumunu xüsusi qeyd edib.
“Biz bu məsələni Patriarxlıqla müzakirə etmişik və müvafiq qeydlərə əsasən bu məsələ birdəfəlik həll olunacaqdır. Biz bundan sonra bu zərərvericilərin gənc, sağlam nəslimizi yanlış yola aparmasına imkan verməyəcəyik. Adamlara bir başa deyirdilər ki, əsas konstitusiya öhdəliyindən boyun qaçır. Ölkənizə bundan böyük zərər və düşmənçilik başqa nə ola bilər?! Belə ki, bu məsələ həll olunur”. - deyə bildirib Qaribaşvili.
Müdafiə naziri Cuanşer Burguladze tərəfindən verilən məlumata görə, təkcə 2022-ci ildə təxminən 16500 nəfər ruhanı şəxs statusu səbəbi ilə hərbi xidmətdən yayınıb: “Məcburi hərbi xidmətin minimumu, hansı ki, bu bizim məqsədimizdir və 4-5 min adamı əhatə edir, bu etabda, heç buna da nail ola bilmirik”.
Mövcud qanunvericiliyə əsasən hərbi xidmətə çağırışı bir il yarım təxirə salmaq iki yolla mümkündür: dövlət büdcəsinə 2000 lari ödəməklə; şəxs çağırışaqədərdirsə, keşişdirsə və ya ilahiyyat üniversitetində oxuyursa. Artıq məlumdur ki, Yeni Müdafiə Məcəlləsinə əsasən icbari hərbi xidmətin bir il təxirə salınmasına görə rüsumun məbləği 2 min laridən 10 min lariyə qaldırılır. Bir şəxs 5 qat artırılmış məbləğlə təxirə salma hüququndan yalnız bir dəfə istifadə edə biləcək. Pul vasitəsilə təxirə salınma hər kəsə şamil edilməyəcək.
Yeni müdafiə məcəlləsinin parlamentdə müzakirəsi və qəbulu yaz sessiyasında planlaşdırılır. Məcəllə 2025-ci ilin yanvar ayından qüvvəyə minəcək.