Yunanıstan eynicinslilərin evlənməsinə və övladlığa götürülməsinə icazə verən ilk pravoslav ölkə olub. Parlamentin 300 deputatından 176-sı islahatı dəstəkləyib, 76-sı əleyhinə çıxıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, insan hüquqları üçün mühüm mərhələdir. O, bugünkü Yunanıstanı - Avropa dəyərlərinə sadiq olan mütərəqqi və demokratik ölkəni əks etdirir”, - Baş nazir Kiriakos Mitsotakis qanunvericiliyə dəyişikliklər qəbul edildikdən sonra bildirib. Onun sözlərinə görə, Yunanıstan nikah bərabərliyinin qanuniləşdirildiyi 16-cı Aİ ölkəsi olmaqdan qürur duyur.
Baş nazir fevralın 15-də parlamentdə baş tutan debatlara də qatılıb və demokratiya üçün yeni qanunun ciddi bərabərsizlikləri aradan qaldıracağını və bir çox Yunan vətəndaşının həyatını yaxşılaşdıracağını bildirib.
“Konstitusiyamız bunu nəzərdə tutur, cəmiyyətimizin özü də bunu tələb edir ki, indiyədək ətrafımızda olan “görünməyən” insanlar nəhayət, “görünən” ola bilsinlər. Və onlarla birlikdə bir çox uşaq nəhayət öz layiqli yerini tapacaq. Eyni cinsli cütlüklərdə hər iki valideynin övladlarına lazım olanı vermək... onları məktəbdən götürmək, səfərlərə aparmaq, həkimə və ya xəstəxanaya aparmaq üçün hələ bərabər hüquqi imkanları yoxdur. İndi biz bunu düzəldirik”.
Yunanıstanın baş naziri qanunun vətəndaş nikahlarına şamil edildiyini, dini nikahların isə kilsənin müstəsna işi olduğunu vurğulayıb.
Pravoslav Kilsəsi yeni qanunun qəbuluna qarşı çıxıb. KİV-in məlumatına görə, yepiskoplar qanunun lehinə səs verən deputatları kilsədən xaric etməklə hədələyiblər.
Bu gün dünyanın 36 ölkəsində eynicinsli nikah qanunidir. Bunlar: Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Kuba, Danimarka, Ekvador, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Meksika, Hollandiya, Yeni Zelandiya, Norveç, Portuqaliya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Tayvan, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Uruqvay.
2023-cü ildə nikah bərabərliyi Estoniya parlamenti tərəfindən təsdiqlənib və eynicinsli nikahları qanuniləşdirən ilk postsovet ölkəsi olub. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.