Ukraynada Avropanın ən böyük və 2022-ci ildən Rusiyanın işğalı altında olan Zaporojye AES-də güclü yanğın olub. Ukrayna və Rusiya məsuliyyəti bir-birinə atır. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, yanğın nəticəsində radiasiyanın səviyyəsi dəyişməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ukrayna prezidenti Vladimir Zelenski avqustun 11-i bazar günü axşam Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğını əks etdirən video yayımlayıb və yanğını Rusiya işğalçılarının törətdiyini yazıb.
“Radiasiya göstəriciləri hələ də normaldır, lakin nə qədər ki, rusiyalı terrorçular AES üzərində nəzarəti saxlayırlar, vəziyyət normal deyil və ola da bilməz. İşğalın ilk günündən Rusiya Zaporojye AES-dən yalnız Ukraynanı, Avropanı və dünyanı şantaj etmək üçün istifadə edir.
Biz dünyadan, Beynəlxalq Atom Enerjisi Agentliyindən cavab gözləyirik. Rusiya buna cavab verməlidir”, - deyən Zelenski qeyd edib ki, Zaporojya stansiyasının təhlükəsizliyinə zəmanəti yalnız Ukraynanən nəzarəti verə bilər.
Rusiyanın “Rosatom” dövlət korporasiyasının məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası yanğının əsas mərkəzini saat 23:30-a qədər söndürüb. “Rosatom” bildirir ki, iki soyuducu qüllədən biri Ukraynaya məxsus pilotsuz uçuş aparatı tərəfindən vurulub və nəticədə yanğın baş verib.
“Bu hadisə nüvə terror aktı kimi səciyyələndirilə bilər”, - “Rosatom” bildirib.
Ukraynanın dövlət şirkəti “Rosatom” iddia edir ki, Rusiya AES-in soyuducu qüllələrindən hərbi texnika və partlayıcı maddələr saxlamaq üçün istifadə edir və yanğına səbəb ehtiyatsızlıq və ya qəsdən yandırma ola bilər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin bəyanatında deyilir ki, onun mütəxəssisləri axşam boyu partlayış səslərini eşitdikdən sonra qalın, tünd tüstü görüblər. Agentlik dəymiş ziyanı qiymətləndirmək üçün soyuducu qülləyə dərhal buraxılmağı olmağı xahiş edir.
“Bu ehtiyatsız hücumlar stansiyanın nüvə təhlükəsizliyini təhdid edir və nüvə qəzası riskini artırır və təcili sürətdə dayandırılmalıdır”, - agentliyin baş direktoru Rafael Qrosi bildirib.
Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başladıqdan qısa müddət sonra Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirib. Hazırda stansiyanın altı nüvə reaktorunun hamısı bağlanıb.