Zatulin Gürcüstan sərhədlərində vəziyyətin gərginləşəcəyini istisna etmir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin sözlərinə görə, “Gürcüstan hökuməti təzyiq altına düşərsə”, Gürcüstan sərhədlərində vəziyyətin gərginləşəcəyi istisna edilmir. Onun sözlərinə görə, Gürcüstan ancaq o halda Rusiya Ukraynada məğlub olarsa, Abxaziya və Cənubi Osetiyanın qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilməsinə ümid edə bilər.

Zatulin Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatına cavab verib ki, buna görə, Kremlin Ukraynada müharibəsinə son qoymaq üçün imzalanmış sülh sazişinə əsasən Rusiyadan da Gürcüstan ərazisinin 15 ilə yaxındır davam edən işğalını dayandırması tələb edilməlidir.

“Gürcüstanın tələbinin yerinə yetirilməsi üçün Rusiya məğlubiyyəti yaşamalıdır. Məğlub olarsa, Rusiyadan tələb oluna biləcək müxtəlif ideyalar irəli sürmək olar. Ümid edirik ki, məğlubiyyət olmayacaq. Deməli, xanım Zurabişvilinin dediklərinin reallaşması ehtimalı azdır”, - Zatulin Rusiya mətbuatına bildirib.

Onun sözlərinə görə, nümumələr var ki, münaqişə bitəndən sonra onun iştirakçısı olmayan ölkələr “bonuslar” alıblar, lakin Gürcüstanın “bugünkü hadisələrlə birbaşa əlaqəsi yoxdur”.

“O [Gürcüstan] öz qiymətini artırmağa və bir daha Rusiyadan nəsə tələb etməyə çalışır ki, Gürcüstanın maraqlarını unutmasınlar: Abxaziya və Cənubi Osetiyanı qaytarsınlar.

Zurabişvili prezident olsa da, əsas sima deyil. Bu ondan asılı deyil. Gürcüstan hökuməti, hakimiyyət orqanları onlara qarşı həyata keçirilən təzyiqlərə tabe olsalar, kəskinləşmə ola bilər. Həqiqətən həyata keçirilir bu. Lakin 2008-ci ildə Gürcüstan Rusiyanı sınamağa çalışdı və faktiki olaraq bunun əksinə nail oldu - Rusiya Abxaziya və Cənubi Osetiyanı tanımış oldu. Belə ki, onların qaytarılması arzuları xəyallar və fantaziyalar aləmində qalır”, - deyir Zatulin.

Gürcüstan Prezidenti Salome Zurabişvili “Bloomberg”ə müsahibəsində bildirib ki, əgər Rusiya qüvvələrinin işğal olunmuş ərazilərdən tam çıxarılması onun “təslim olma şərti” deyilsə, Qərb dünyası daha bir böyük səhvə yol verəcək – 2008 və 2014-cü illərdə olduğu kimi.

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir”, - Zurabişvili bildirib.

“Gürcüstanın məsələləri masada olmalıdır, çünki heç kim düşünməməlidir ki, Rusiya bütün işğal olunmuş ərazilərdən çıxmadan bu müharibəni həll etmək olar”. Gürcüstan prezidentinin sözlərinə görə, Rusiyanın məğlubiyyəti qaçılmazdır və o, “bütün müharibəni olmasa da, Ukraynadakı döyüşlərdə praktiki olaraq artıq məğlub olub”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur