Rusiya Ermənistanla, işğal olunmuş Abxaziya üzərindən dəmir yolu gediş-gəlişi planının həyata keçirilməsi üzərində “gündəlik rejimdə” işləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Media nümayəndəsi Zaxarovanın mətbuat konfransında qeyd edib ki, Rusiya ilə Ermənistan arasında Gürcüstan ərazisindən keçən dəmir yolu nəqliyyatı bağlanıb və bununla bağlı, İrəvanda, problemin Abxaziyada olduğunu deyirlər. “Bu məsələnin həlli üçün sizin baxışınız, perspektiviniz necədir?”, - Zaxarovadan soruşublar
“Biz nəzərdə tutulan genişmiqyaslı “yol xəritəsi”nin həyata keçirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Bura dövlət başçıları və ölkələrimizin hökumətlərinə tabe olan müvafiq komissiyalar səviyyəsində sənədlərin imzalanması daxildir. Bu planın həyata keçirilməsi üçün, gündəlik rejimdə hər şey edilir”, - Zaxarova bildirib.
May ayında, Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa edildikdən və Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edildikdən sonra Rusiya Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katirin işğal olunmuş Abxaziya ərazisində dəmir yolu tranzitinin başlanmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, bu, “Zemo Lars”ın sərhəd-keçid məntəqəsini yükünü yüngülləşdirəcək və onun həcminin artırılması hesabına çatdırılan malların dəyərini aşağı salacaq.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili mətbuata açıqlamasında bildirib ki, Gürcüstan və Rusiya arasında dəmir yolu hərəkətinin bərpası ilə bağlı “heç nə baş vermir”. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze də deyir ki, “bu gün bu məsələ gündəmdə deyil”. Prezident Salome Zurabişvili Rusiya hökumətinin dəmir yolu məsələsini aktivləşdirəcəyini düşünür.
“Düşünürəm ki, Rusiya manevr üçün yer olduğunu hiss edib və indi yaranan zəmini sınaqdan keçirir – bu, Rusiya taktikası üçün çox xarakterikdir”, - Zurabişvili “Ukrainska Pravda”ya müsahibəsində bildirib. “Onlar Gürcüstan hakimiyyətindən yumşaqca desək, qeyri-müəyyən, ikimənalı siqnallar alıblar və indi nə qədər irəli gedə biləcəklərini yoxlayırlar. Bunu uçuşlarla etdilər. İndi yəqin ki, dəmir yolunu sınayırlar. Onlar başqa şeyləri də sınayacaqlar. Dözümlülük nümayiş etdirməyin çox vacib olduğunu düşünürəm”.
Rusiya, Gürcüstan və Ermənistanı birləşdirən dəmir yolu Abxaziya müharibəsindən sonra, artıq fəaliyyət göstərmir.