Rusiya Gürcüstanla diplomatik münasibətlərin bərpasına doğru irəliləməyə hazırdır və gürcü siyasətçilərinin təşəbbüsünü alqışlayır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bugünkü brifinqdə jurnalist Zaxarovadan Rusiya Xarici İşlər Nazirliyinin Gürcüstanın “Sülh Naminə Həmrəylik” partiyasının Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası ilə bağlı çağırışını necə qiymətləndirdiyini və Gürcüstanın oxşar təşəbbüslə çıxış edəcəyi təqdirdə buna hazır olub-olmadığını soruşub.
“Xatırlatmaq istərdim ki, Rusiya ilə münasibətlərin kəsilməsinin təşəbbüskarı Rusiya olmayıb. Bu, Saakaşvili rejiminin təşəbbüsü ilə baş verib və o vaxtdan diplomatik münasibətlərin bərpası üçün regiondakı reallıqla ziddiyyət təşkil edən şərtlər müəyyən edilib.
Hələ 2012-ci ildə Gürcüstan hökuməti ikitərəfli münasibətlərin normallaşdırılması təklifi ilə çıxış etmişdi və Rusiya bunu dərhal dəstəkləmişdi. Ona görə də biz hələ də hesab edirik ki, o, ümumi tarix, mədəniyyət, sıx iqtisadi əlaqələr və sadəcə olaraq, insan taleyinin milyonlarla telləri ilə bağlı olan xalqlarımızın maraqlarına cavab verir. Ona görə də biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasına dəstək verməyə xidmət edən istənilən təşəbbüsü dəstəkləyirik. Bu kontekstdə qeyd etdiyiniz təşəbbüsü alqışlayırıq. Biz bu yolla hərəkət etməyə hazırıq”, - deyə Zaxarova bildirib.
İyunun 15-də “Sülh Naminə Həmrəylik” partiyasının beynəlxalq katibi olan Mamuka Pipia partiyanın qurultayından Rusiya prezidenti Vladimir Putinə Gürcüstan vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi və onlar üçün işlə təmin olunma şərtlərinin sadələşdirilməsi xahişi ilə müraciət edib. Pipiaya görə, bu, “mehriban qonşuluq və diplomatik münasibətlərin bərpası üçün əlverişli zəmin yaradılmasına” töhfə verəcək.
Bundan əvvəl, iyunun 11-də “Mtavari Arxi” teleşirkəti xəbər vermişdi ki, “Gürcü Arzusu” Moskvada səfirlik açmağa hazırlaşır və işçilər axtarır. Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı “saxta” adlandırıb.
Gürcüstan 2008-ci il müharibəsindən və Moskvanın Cənubi Osetiya və Abxaziyanın de-fakto respublikalarının müstəqilliyini tanımasından sonra Rusiya ilə diplomatik münasibətləri kəsib.